Yaponiyada hökumətə etirazlar artır

Yaponiyada hökumətə etirazlar artır
Yaponiyada hökumətin nüvə fəlakətinə qarşı yürütdüyü siyasətə etirazlar artır. SİA-nın xəbərinə görə, görülən tədbirlərin kifayət etmədiyini düşünən bir hökumət müşaviri ilə Tokio Universitetinin bir professoru istefa verib. Radiasiya sahəsində mütəxəssis olan Tokio Onuversitetinin professoru Toşiso Kosako göz yaşları içərisində verdiyi açıqlamada hökumətin nüvə stansiyası yaxınlığındakı məktəblər üçün müəyyənləşdirdiyi radiasiya səviyyəsini tənqid edib. Kosako hökumətin müəyyənləşdirdiyi sərhədin uşaqların səhhətini təhlükəyə atacaq qədər yüksək olduğunu bildirib. Alim hökuməti radiasiya ölçümləri ilə bağlı xalqa şəffaf davranmamaqda da ittiham edib. Yaponiya hökumətinin müşavirlərindən biri isə baş nazir Naoto Xanı ölkədəki vəziyyəti daha da pisləşdirməkdə suçlayaraq istefa verib. "Amerikalıların yardım təklifini rədd etməməliydik. İşi bilənlərdən ibaərt bir müdafiə qüvvəsi yaratmalıydıq" deyə hökumətin səhvlərini sayan müşavir xalqa lazımi qədər məlumat verilmədiyini vurğulayıb. "Greenpeace" təşkilatı isə stansiya yaxınlığındakı dəniz suyunda radiasiyanı ölçmələrinə Yaponiya hökuməti tərəfindən mane olunduğunu açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə