“Paşinyan, nəticəsi çox ağır olacaq bir cinayətə yol verir” Artur Vanesyan

“Paşinyan, nəticəsi çox ağır olacaq bir cinayətə yol verir” Artur Vanesyan

Nikol Paşinyan hakimiyyətini qorumaq üçün hər şeyə əl atır və onu heç nə dayanmayacaq. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri “Rodina” partiyasının sədri Artur Vanesyan öz açıqlamasında deyib.

Partiya sədri qeyd edib ki, Nikol Paşinyan aylardır Konstitusiya Məhkəməsinə və Konstitusiya Məhkəməsi hakimlərinə etdiyi təzyiqlərin ardınca, onun göstərişləri ilə konkret bir cinayət olan qanun layihəsi də bugünkü parlament iclasının gündəliyinə daxil edilib. O, həmçinin nəzərə çatdırıb ki, Nikol Paşinyan, bu cinayətə ən azı 88 deputatın iştirak etdiyi bir qrup şəklində, hakimiyyəti ələ keçirmək və konstitusiya quruluşunu devirmək üçün gedir.
Artur Vanesyan millət vəkillərinə də müraciət edib.

“Sizi Ermənistanın Baş naziri vəzifəsini tutan balanssız bir şəxsin qanunsuz təlimatlarına əməl etməkdən çəkinməyə çağırıram. Nikol Paşinyan sizi cinayət törətməyə vadar edir. Amma nəticəsi ilk növbədə dövlətimiz üçün, sonra da hər birimiz üçün çox ciddi olacaq. Bugünkü səsvermə ilə siz Nikol Paşinyanın hərəkətlərindən cinayət və siyasi məsuliyyəti ayıracaqsınız.

Yaranan vəziyyətə görə “Rodina” partiyası "Konstitusiya quruluşunun bərpası Komitəsi" yaratmaq təşəbbüsü ilə çıxış edir və dövlətin taleyi ilə maraqlanan bütün ictimai-siyasi qüvvələrlə təcili məsləhətləşmələrə başlayır", deyə Artur Vanesyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə