Ermənistanda konstitusiya quruluşunu devirməyə hazırlaşırlar Erməni vəkil

Ermənistanda konstitusiya quruluşunu devirməyə hazırlaşırlar Erməni vəkil

Ermənistanda konstitusiya quruluşunu devirməyə hazırlaşırlar. SİA xəbər verir ki, bu barədə Facebook-da ölkənin tanınmış vəkili Amram Makinyan yazıb. “Bütün hüquq müdafiəçilərini diqqət yetirməyə çağırıram”, qeyd edən erməni vəkil hesab edir ki, burada əsas məqsədlərdən biri də məhkəmə hakimlərinin səlahiyyətlərinə qanunsuz xitam verilməsidir.

“Baş verən prosesləri susqun şəkildə müşahidə etmək isə ayrıca cinayət məsuliyyəti daşıyır”, Makinyan yazıb.

Aysor.am isə 168 jam-a istinad edərək xatırladır ki, hakim “Mənim addımım” blokunun 88 deputatı konstitusion çevriliş edəcək və bununla da cinayətə yol açacaq.

“Parlamentin deputatları ciddi qanun pozuntuları ilə və konstitusiya məhkəməsinin razılığı olmadan Ermənistanın ana yasasında dəyişikliklər edərək hakimlərin fəaliyyətlərinə xitam verəcəklər”, deyə erməni nəşri xatırladıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə