Bakı hava limanında külli miqdarda pul keçirmək istəyən Yaponiya vətəndaşları saxlanılıb - KRİMİNAL
Heydər Əliyev adına Beynəlxalq Hava Limanından külli miqdarda pul keçirmək istəyən Yaponiya vətəndaşları saxlanılıb. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən xəbərə görə, bunlar Yaponiya vətəndaşları Katsunori Hyodo və Kota Kidodur. Onlar TK-333 saylı Bakı-İstanbul aviareysi ilə Türkiyəyə, oradan isə tranzit olaraq Çin Xalq Respublikasının Honq Konq şəhərinə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gələrək gömrük nəzarəti zonasına daxil olublar. Gömrük nəzarətindən keçərkən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci sərnişin şöbəsinin əməkdaşı həmin sərnişinlərin üzərində və baqajında mütləq qaydada bəyan ediləsi malların olub-olmaması barədə şifahi sorğu-sual edib, onlar mütləq bəyan olunası valyuta və digər əşyaların olmadığını bildiriblər. K.Hyodonun hərəkətləri gömrük əməkdaşında şübhə doğurduğuna görə o, nəzarətə götürülüb və sərhəd nəzarətindən keçdikdən sonra Aviasiya Təhlükəsizlik İdarəsinin əməkdaşına bildirilib ki, texniki vasitələrin köməyi ilə onun üzərinə və baqajlarına diqqətlə baxış keçirilsin. K.Hyodoya məxsus yaşıl rəngli bel çantası X-Ray aparatından keçərkən içərisində olan pul əskinaslarına oxşar əşyaların təsvirləri monitorda əks olunub. Həmin bel çantasına müvafiq qanunvericiliyə uyğun olaraq təkrar baxış keçirilib.
Baxış zamanı oradan gömrük nəzarətinə təqdim olunmamış, gömrük baxışından əvvəl şifahi sorğu-sual zamanı bəyan olunmamış 1283 ədəd, hər biri 100 AZN nominalında pul əskinasları aşkar olunub. Bundan sonra K.Hyodonun üzərində şəxsi yoxlama aparılıb və əlavə olaraq 43000 Yapon yenası, 5000 İran rialı, 3840 Honq Konq dolları, 1360 Filippin pesosu, 1032 ABŞ dolları, 355 Avro, 512 ÇXR yuanı, 40 Türkiyə lirəsi aşkar edilib.
Onunla birlikdə gedən digər sərnişində də mütləq qaydada bəyan ediləsi malların olması barədə şübhə yarandığına görə Kota Kido təkrar yoxlamaya dəvət olunub. K.Kidonun əlindəki qara rəngli, üzərində "Basic" sözü yazılmış çantanın içərisindəki şəxsi əşyaların arasında olan sellofan paketə baxış keçirilərkən, orada gömrük nəzarətinə təqdim olunmamış, gömrük baxışından əvvəl şifahi sorğu edilərkən bəyan olunmamış 1200 ədəd, hər biri 100 AZN nominalında pul əskinasları aşkar olunub. Bundan sonra K.Kidonun üzərində şəxsi yoxlama aparılıb və əlavə olaraq 670 000 Yapon yenası, 3370 Honq Konq dolları aşkar olunaraq protokol əsasında götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB