Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, millət vəkili Eldar Quliyev, Parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Şahmərdan Kərimov mayın 2-də Berlinə səfər edəcəklər. Parlementin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər zamanı nümayəndə heyətinin üzvləri Almaniyanın Qidalanma, kənd təsərrüfatı və istehlakçıların hüquqlarının qorunması üzrə Federal Nazirliyində, Alman Kooperasiya və Rayffayzen Konfederasiyasında bir sıra görüşlər keçirəcəklər.
Görüşlərdən məqsəd əsası orta əsrlərdə qoyulmuş Avropa kooperativ hərəkatının öncüllərindən olan Almaniyanın bu sahədəki təcrübəsini öyrənmək, ölkənin kooperasiya sisteminin qanunvericilik bazası ilə yaxından tanış olmaqdır.
Səfər zamanı deputatlarımız Almaniyanın Saksoniya əyalətində olacaq, buradakı kənd təsərrüfatı kooperativlərinin əldə etdikləri nailiyyətlərlə maraqlanacaqlar. Nümayəndə heyətinin üzvləri Leypsiq şəhərində keçiriləcək "AGRA-2011" sərgisini də ziyarət edəcəklər.
Səfər mayın 8-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB