“Paşinyan siyasi marağını vətəndaşların həyatından üstün tutur” Artur Vanesyan
Ermənistanda müxalifətçilər siyasi sahədə birləşirlər və “Çiçəklənən Ermənistan” partiyası, Artur Vanesyanın “Rodina” partiyası və Daşnaktsutyun bir blokdadır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Hraparak.am” yazır.
Sözügedən mətbuat səhifəsi Artur Vanetsyana bir neçə sualla müraciət edib və onun cavabını yayımlayıb.
Bildirilir ki, Vanesyan mövcud vəziyyətin çox kobud, bəzi yerlərdə hökumət tərəfindən və şəxsən Paşinyan tərəfindən edilən taleyüklü səhvlərin nəticəsi olduğunu vurğulayıb. Vanesyan özü sual verib ki, movcud hakimiyyət Minlərlə insanın xəstəliyinə, yüzlərlə insanın ölümünə və hələ də dayanmadığı faciəyə səbəb olan səhvləri başa düşməyə və etiraf etməyə hazırdırmı?
Qeyd olunur ki, Vanesyan, epidemiyaya qarşı mübarizəni hakimiyyətin gec başlaması, məhdudiyyət və qadağalar tətbiq etmək əvəzinə, baş nazirin insanları mitinqlərə çağırması kimi bütün mərhələlərdə səhvlərin buraxıldığını açıq-aşkar sözləyib. Nəzərə çatdırıb ki, elan edilmiş karantin ölkədə rəsmi idi və səhiyyə sisteminin çox vacib bir vaxt itirməsi və bu həcmlərə uyğun hazırlanmaması səbəbindən gözlənilən nəticə alınmadı. Etiraf edir ki, Ermənistan hökuməti uğursuz oldu və bu günə qədər lazımi sayda testi və düzgün mexanizmi təmin edə bilmir. Həmçinin vurğulayır ki, Paşinyan siyasi marağını vətəndaşlarımızın həyatından və sağlamlığından üstün tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB