Tina Kaydanau Ermənistan iqtisadiyyatının vəziyyətindən narahatlığını ifadə edib
Ermənistanda demokratik proseslərin davamlılığının təmini və Seçki Məcəlləsində islahatların aparılması vacibdir. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Tina Kaydanau söyləyib.
Ermənistan parlamentinin sədri Hovik Abrahamyanla görüşən ABŞ rəsmisi Ermənistan iqtisadiyyatındakı mövcud vəziyyətə bağlı narahatlığını dilə gətirib. Rejimin radikal addımlarına gəlincə, H.Abrahamyan daxili siyasi vəziyyətə uyğun olaraq prezident Serj Sarkisyanın ölkədə dialoq və dözümlülük mühitinin yaradılması üçün bunu etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB