Erməni deputatların evlərində və ofislərində axtarışlar aparılıb "Hraparak" qəzeti yazır

Erməni deputatların evlərində və ofislərində axtarışlar aparılıb "Hraparak" qəzeti yazır

Milli Təhlükəsizlik Xidməti günü ərəfəsində Gümrüdə, “Çiçəklənən Ermənistan” partiyasından olan parlament üzvləri Vardevan Qriqoryan və Vardan Qukasyanın ev və ofislərində axtarışlar aparılıb. Axtarış zamanı 2017-ci ildə seçicilərin rüşvət müqabilində ələ alınması iddiasında dəlillər axtarılıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.

"Noutbukumu və nəvələrimin telefonlarını, 2 telefonumu götürdülər. Oğluma dedilər ki, bəzi siyahılar axtarırlar. Ancaq heç olmasa məni axtarmamalı idilər. 1990-cı ildə Ali Şuraya seçkilərdə qalib gəldim. 2016-cı ildə bələdiyyə seçkilərində 11 min səs aldım. Yalnız son seçkilərdə 3 min səs topladım və bunun səbəbini yəqin ki, hamı bilir ”, deyə Vardevan Qriqoryan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə