Sosial şəbəkələrdə müxalifət partiya sədrləri dövlətçilik maraqlarına zidd olan paylaşmalara edir, müzakirələr qurur, hətta bəzən neftin qiymətinin dünya bazarında aşağı düşməsindən Azərbaycana iqtisadi zərər dəyə biləcəyini belə sevinclə qeyd edirlər. “Yurddaş” Partiyasının sədri Mais Səfərli “Səs” qəzetinə açıqlamasında bildirdi ki, bu gün Azərbaycan iki yüzə yaxın dünyadakı dövlətlərin içərisində o dövlətlərdəndir ki, koronavirusa təslim olmayıbdır, əksinə koronavirusun pandemiyanın yaratdığı vəziyyəti Azərbaycan nəzarətə götürən ilk dövlətlərdəndir: “Bu gün koronavirusa qarşı çox ciddi mübarizə təşkil edilibdir. Eyni zamanda bu pandemiya fonunda Azərbaycan Prezidenti elan etdiyi reformaları da uğurla aparır. Dövlət həyatının bütün sahələrində islahatlar getdikcə genişlənir, korrupsiya qarşı mübarizəyə çox ciddi və sərt şəkildə aparılır. Bütün bunlar hamısı Azərbaycan dövlətinin inkişafına hədəflənmiş Cənab Prezidentin addımlarıdır və ölkə ictimaiyyəti tərəfindən bu qərarlar, addımlar birmənalı şəkildə dəstəklənir”.
M.Səfərli təəssüf hissi ilə bildirdi ki, Azərbaycanda bəzi siyasi qüvvələr xaricidə ki, ermənipərəst mövqelərin şəbəkələrin mövqeyini təkrarlayaraq Azərbaycandakı bu inkişafa, idarəçiliyə qısqanclıq hissi ilə yanaşırlar: “İstər dövlət başçısının, istər də bütövlükdə dövlətimizin fəaliyyətinə qara yaxmağa çalışırlar, onlar bu gün dünya bazarında neftin qiymətinin düşməsindən az qala tor-bayram edilər, sevinirlər, şou düzəldirlər ki, guya neft düşdükcə Azərbaycanın vəziyyəti pisləşəcəkdir. Əvvəla neft qiymətlərinin aşağı düşməsi bu heç də Azərbaycanla bağlı deyil, bu pandemiyanın yaratdığı fəlakətin şərtləndirdiyi bir məsələdir və bütün dünya bazarında neftin qiyməti aşağı düşüb. İkincisi də Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var, hətta bu pandemiya uzun illər belə davam etsə, Azərbaycan böhran içərisində yaşamayacaqdır. Azərbaycan Prezidenti öz xalqını çörəksiz, susuz, qidasız qoymayacaqdır, necə ki, qoymur. Təkcə bu kiçik aylar ərzində üç milyard manatdan artıq insanların iqtisadi itkilərinin qarşılamaq üçün, imkansız ailələrə köməklik etmək üçün, sahibkarların itirdiklərini dəstək vermək üçün müxtəlif dəstək proqramları həyata keçirilib və üç milyard manatdan artıq vəsait xərclənibdir. Yeri gəlsə Azərbaycan Prezident lap 30 və 50 milyardda xərcləyər ki, xalqımız korluq çəkməsin.... Yəni birmənalı şəkildə bunu hamı bilir”.
M.Səfərli bildirdi ki, bu gün Azərbaycanda xalqla iqtidar arasında çox möhkəm bir həmrəylik yaranıbdır: “Bu dövrdə belə bir ağır dönəm də Prezidentin İlham Əliyevin fəaliyyəti və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkə ictimaiyyəti tərəfindən çox böyük dəstək qazanır. Çünki Onlar gecə-gündüz xalqın yanındadırlar və insanların sağlamlığını, həyatını qorunması üçün əllərindən gələni, hətta əllərindən gəlməyəni də edirlər. Prezidentimiz öz şəxsi dostluğu hesabına lazım olan bütün tibbi avadanlıqları alıb gətiribdir ki, heç o avadanlıqlar inkişaf etmiş ölkələrin özlərinə kifayət qədər deyil, amma bizdə bunların hamısı kifayət qədərdir. Yəni bunlar hamısı anti-Azərbaycan mövqeyində olan qüvvələrin fəallaşmasına qısqanclığına səbəb olur, sosial şəbəkələrdə qarayaxma məsələləri ilə gecə-gündüz məşğul olurlar. Təbii ki, belə məsələlərə diqqət yeritmək yetirmək və qulaq asmaq üçün nə Azərbaycan dövlətinin, nə Azərbaycan Prezidentinin vaxtı zamanı yoxdur. Azərbaycan Prezidenti inamla Azərbaycanı bu ağır şəraitdə irəli aparır, xalqın yanındadır və Azərbaycan xalqının qarşılaşdığı bütün problemləri uğurla həll edir. Hesab edirəm ki, onların, bax bu cür siyasi partiyaların bu gün sosial şəbəkələrdə xorla ermənipərəst qüvvələr ilə bərabər Azərbaycana qarşı ulaşmalar təşkil edirlər. Onlar sadəcə olaraq, elə özləri öz iç üzlərini açmış olurlar və özlərini biabır etmiş olurlar. Ümumiyyətlə, onları birmənalı şəkildə cəmiyyət qəbul etmir və heç vaxtda qəbul etməyəcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB