Müxalifət özü-özünü ifşa edib RƏY-ÖZƏL

Müxalifət özü-özünü ifşa edib RƏY-ÖZƏL

Sosial şəbəkələrdə müxalifət partiya sədrləri dövlətçilik maraqlarına zidd olan paylaşmalara edir, müzakirələr qurur, hətta bəzən neftin qiymətinin dünya bazarında aşağı düşməsindən Azərbaycana iqtisadi zərər dəyə biləcəyini belə sevinclə qeyd edirlər. “Səs” qəzetinə açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.

İctimai Birliyin sədri bildirib ki, bu insanlar xalqın içərisində bütün nüfuzunu itirmiş insanlardır: “Sosial dayaqlarını itirmiş bu şəxslər sosial şəbəkələrə tapınaraq burda öz siyasi varlıqlarını göstərməyə çalışırlar. Burada da artıq diqqət etsək onlar tam özlərini biabır etmiş durumda görsənillər. Özlərinin xaricdəki söyüş kollektivi ilə bir müddət müəyyən baxış sayı əldə edən bu insanların artıq sosial şəbəkə izləyiciləri nəzərə çarpacaq şəkildə azalmağa doğru gedir. Burada hələ özlərinin yaratdığı trolları da nəzərə almaq lazımdır. Bu insanlar özləri bunu hiss edirlər və son vaxtlar təxribat, qarayaxma üsullarına əl atmaqla xalqı çaşdırmağa çalışırlar. Xüsusilə pandemiya dövründə yenidən fəallaşan bu şəxslər dövlətin gördüyü işlərə kölgə salmaqla guya vətəndaş mənafeyi güdməklə məşğuldurlar. 90-cı illərin əvvəllərində olduğu kimi çətin durumdan öz şəxsi ambisiyalarını yerinə yetirmək üçün istifadə sosial şəbəkələrdə təxribat və çaşdırıcı əməllərlə məşğuldurlar. Onların həmişə olduğu kimi bu dəfə də tutduqları bu əməlləri fiaskoya uğrayacaq. Lakin vətəndaşları indiki pandemiya dövründə çaşdırmaq təxribata çəkmək cinayətdir. Bu əməllərin qarşısı alınmalıdır”.

A.Xəlilov onu da bildirdi ki, müxalifət insanları pandemiya dövründə virusdan qorunmağa karantin qaydalarına əməl etməyə çağırmaq əvəzinə əksinə təxribatla onu yoluxdurmağa cəhd edirlər: “Məqsəd isə kütləvi yoluxmaya nail olmaq səhiyyəni çökdürmək və bunda hökuməti günahlandırmaqdı. Pandemiya istərsə də neft qiymətlərinin enməsi bununla əlaqəli digər sosial iqtisadi problemləri elə qələmə vermək istəyirlər ki bunu guya Azərbaycan hökuməti edib. Ancaq xalq başa düşür ki bu problemlər qlobal baş verən böhranlardır. Əksinə prezidentimizin gördüyü işlər sayəsində hökumətin gərgin əməyi olaraq Azərbaycanda bu gün vəziyyət digər ölkələrdən yaxşıdır. Sosial şəbəkələrdə bu tip əsassız ittihamlarla vətəndaşları təxribata çəkən əməllər baş ucalığı gətirməyəcək. Bizlər də ayıq olmalı bu əməllərə qarşı daha da səylə mübarizə aparmalı bu insanları ifşa etməliyik. Belə dövrlərdə vətəndaş dövlət həmrəyliyinə qarşı olan qüvvələrə qarşı sərt mübarizə aparılmalıdır. Yol vermək olmaz ki bu təxribatçılar öz istəklərinə çata. Son vaxtlar sosial şəbəkələrdə istər bəzi müxalif qüvvələr olsun və ya digər xüsusi qruplar çox təhlükəli təxribatlarla məşğuldurlar. Dövlətçiliyimiz naminə daha fəal olmalı bu təxribatlara uymamalıyıq. Sosial şəbəkələrdə nəzarət sistemi əlaqədar qurumlar tərəfindən artırılmalıdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə