"Ümumiyyətlə Ermənistan Baş naziri Nikol Paşinyan iki bundan öncə hay-küylü demokratik şüarlarla hakimiyyətə gələndə dünya və erməni cəmiyyəti ondan çox şeylər gözləsə də amma əslində tamamilə əksinə proseslər getdi. Bu gün Ermənistanda gedən proseslərin əsl mahiyyəti erməni cəmiyyəti və beynəlxalq dairələrin Paşinyandan gözlədiyi ümidlərin qırılmasıdır". Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Baş redaktorun sözlərinə görə, bu gün işğalçı ölkədə gedən proseslər erməni cəmiyyətində olan-qalan demokratik idarəçilik prinsiplərinin arxa plana sıxışdırılmasıdır: "Ermənistanda gedən proseslər demokratik institutların və vətəndaş cəmiyyətinin idarəçilikdən tamamilə sıxışdırılıb çıxarılmasıdır və ölkədə əmlakın, mülkiyyətin yenidən və daha amansız şəkildə bölüşdürülməsi uğrunda məhz hakimiyyətdə olan qüvvələrin təşkilatçılığı və rəhbərliyi ilə aparılan soyğunçu, talançı prosesdir. Hakimiyyətdə olan qüvvələrin Paşinyanın korrupsiyaya qarşı mübarizə adı altında özünə sərvət toplamaq, ölkənin nüfuzlu və varlı iş adamlarını sıradan çıxarmaq, özünə münasib və siyasi baxışları özünə uyğun olan insanlardan ibarət yeni sahibkarlar zümrəsi yaratmaq və özünün tayfasına, klanına sərvət toplamaqdan ibarətdir. Ermənistanda baş verən hadisələr erməni cəmiyyətinə böyük məyusluq gətirdi. Çünki dünya Ermənistandan demokratik dəyişiklik və inkişaf istiqamətində yeniliklər gözlədiyi bir halda faktiki olaraq Ermənistanda demokratik şüarlarla hakimiyyətə şəxsin bir avtoritar dövlət başçısına və sözün həqiqi mənasında diktatora çevrilməsi gedir. Siyasi rəqiblər təqib olunur, siyasi partiya rəhbərləri həbs edilir, ölkənin demokratik inkişafını şərtləndirən bütün dəyərlər demək olar ki ayaqlar altına atılır.
Əlbəttə ki, hər şey 2018-ci ildə Paşinyannın hakimiyyətə gəlməsindən sonra öz hakimiyyətini möhkəməndirmək üçün keçirdiyi parlament seçkilərindən sonra başladı. Bu gün erməni diasporunun Ermənistanda gedən proseslərdə qəlbən incik düşməsinin səbəbinin də kökü bundadır. Paşinyanın xarici siyasətdə ora-bura hövlənək şəkildə boylanması və stabil bir xarici siyasət qura bilməməsi də məhz bunun nəticəsidir. Artıq Rusiya kimi strateji bir müttəfiqlə münasibətlər gərgin vəziyyətdədir. Eləcə də İranla münasibətlər gərgin vəziyyətə gəlib çatıb. Qərb ölkələri xüsusilə ABŞ-la arzuolunan və istənilən münasibətlər qurula bilmədi. Çünki həmin ölkələr Ermənistanda həqiqi mənada demokratik bir cəmiyyətin quruculuğu prosesini görmədilər. Ümumiyyətlə Ermənistanda bu gün baş verən hadisələr ölkənin çox qaranlıq bir perspektivə doğru getdiyini aydın şəkildə göstərir. Məhz elə bunun nəticəsidir ki, artıq Ermənistanda xalqın bu hakimiyyətdən sürətlə uzaqlaşma prosesi gedir. Ermənistanda hakimiyyətdə olan qüvvələrin içərisində istefa dalğaları başlayıb və yüksək vəzifəli şəxslər istefa verib. Paşinyanın geriyə dönüşü də yoxdur. Çünki gedən proseslər onunla erməni cəmiyyəti arasında uçurumu dərinləşdirdiyinə və hakimiyyəti itirmək təhlükəsi gündən-günə artdığına görə Paşinyan erməni cəmiyyətinə, demokratik institutlara təzyiqləri bundan sonra çıxılmaz bir vəziyyətdə gücləndirmək zorundadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB