“Sərt karantin qaydalarının tətbiqi konavirusun yayılmasının qarşısını aldı” ÖZƏL-RƏY
“Artıq dünya 6 aydır ki, kürəsəl problem olan koronavirus pandemiyasına qarşı mübarizə aparır. Qeyd etmək lazımdır ki, bu virus 2019-cu ilin son ayında elan olunduğu gündən ölkəmizdə möhtərəm Prezidentimiz bir sora önləyici tədbirlərin görülməsi ilə bağlı ciddi tapşırıqlar vermişdi”. Bunu SİA-ya açıqlamasında Milli Məclisi deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, pandemiya elan olunduğu vaxt möhtərəm Prezidentimiz hər tədbirdə dünya və insanlıq üçün ciddi təhlükə ola biləcək bu virus haqqında mesajlar verir və profilaktika məqsədilə hər bir insanın, hər bir vətəndaşı öz şəxsi, sanitar-gigiyenik qaydalara əməl etməsinin vacibliyini bildirirdi: “Cənab Prezident ilk gündən bu günədək cəmiyyətdə qorxu, təşviş, ajiotaj yaranmaması üçün bütün tədbirlərdəki çıxışlarında ölkəmizin bu virusun törədə biləcəyi ən çətin vəziyyətə hökumətimizin hazır olduğunu ictimaiyyətə çatdırırdı. Həqiqətən hətta inkişaf etmiş ölkələrdə bir sıra hallarda ərzaq, dərman, qoruyucu, dezinfeksiyaedici məhsulların qıtlığı yaşanarkən, bizim ölkəmizdə vətəndaşlarımız heç nədən korluq çəkmədi və bu günədək də davam edir. Azərbaycan dövləti koronavirusla mübarizədə ciddi çətinlikləri olan 30-a yaxın ölkələrə humanitar yardım etmişdi”.
M.İbrahimqızı onu da bildirib ki, onsuz da səfalət və yoxsulluq içində yaşayan təcavüzkar Ermənistanda koronavirusun tüğyan etdiyi bir dövrdə insanlar ərzaq, dərman, qoruyucu, dezinfeksiyaedici məhsullar əldə edə bilmirlər: “Sözsüz ki, COVİD19 dünya üçün yeni bir virus, dünyanın hətta ən inkişaf etmiş və zəngin ölkəsi və insanları buna hazır deyildi. Eyni zamanda bu virusun epidemiologiyası, klinikası və dövrlüyü tibb elminə məlum deyil, xəstəliyin gedişatı da optik formada gedir. Bu virusdan yoluxaraq xəstələnənlərin müalicəsində də müxtəlif yanaşmalar və metodlar tətbiq olunur. ABŞ və Avropa ölkələrində, eləcə də bir çox ölkələrdə bu gün də həkim və tibb işçiləri qıtlığı yaşanır. Bu ölkələrdə çox acı faciələr də yaşandı və bəzi yerlərdə hələ də davam edir. Bu mənada bütün bu prosesləri nəzərə alan möhtərəm Prezidentimiz dəfələrlə ölkəmizdə ola biləcək bütün fors major hallar üçün qabaqlayıcı bütün tədbirlər elə görülmüşdür və ən çətin vəziyyətə hazırlıq vardır. Ölkənin bütün regionlarını əhatə edən 20-dən çox yeni laboratoriyalar qurulubdur, xəstələrini müalicəsi üçün dünyada son standartlara cavab verən Yeni klinika kimi 20-dən çox xəstəxana inşa edilərək istifadəyə verilib”.
YAP Nəsimi rayon təşkilatının sədri M.İbrahimqızı bildirib ki, koronavirusla mübarizədə çox önəmli olan kontaktda olmuş və karantin şəraitində qalan vətəndaşlar üçün də dünya miqyasında çox az ölkələrdə olduğu kimi, Azərbaycanda da ayrıca və xüsusi şərait yaradılmışdır: “Möhtərəm Prezidentimizin söylədiyi kimi, bizim üçün vətəndaşın sağlamlığı və həyatı prinsipi olduğu üçün, bu gün ölkəmiz bütün güc və resurslarını səfərbər edərək koronavirusa qarşı mübarizə aparır. Bu mənada bu mübarizədə hökumətin özəl sektorla səmərəli və davam edən əməkdaşlığını xüsusi vurğulamaq lazımdır. Yəni bəzi problemlərin həllində dövlətin öz üzərindəki yükü azaldaraq özəl sektor arasında paylaşması təqdirəlayiqdir. Məlumdur ki, pandemiyaya qarşı mübarizədə 10 xəstəxana tikilməsi nəzərdə tutulmuşdur. Ən qısa zaman kəsiyində ölkəmizdə 4 modul tipli xəstəxana istifadəyə verildi. Bütövlükdə götürsək ölkəmizdə koronavirusa qarşı mübarizədə, eləcə də bu mübarizə üçün yaradılmış Fonda dəstək yolunda xalq-hökumət-dövlət arasında çox etibarlı və mütəşəkkil həmrəylik nümayiş etdirilir. Möhtərəm Prezidentimiz öz çıxışlarında dəfələrlə bununla bağlı həm özəl sektorun nümayəndələrinə və eyni zamanda, adi vətəndaşlara koronavirus dövründə göstərdikləri maliyyə dəstəyinə görə təşəkkürünü bildirmişdir. O dəfələrlə, Prezidentimizin təşəbbüsü ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını xalq-iqtidar birliyinin və həmrəyliyinin rəmzi adlandırmışdır. Bildiyimiz kimi bu Fond yarandığı ilk gündən, ilkin olaraq Prezidentin ehtiyat fondundan 20 milyon manat vəsait ayrılmışdır. Lakin elə ilk gündən ictimaiyyətin bütün təbəqələri bu Fonda dəstək verməklə ümumxalq həmrəyliyinin şahidi olmuşduq. Hətta şəhid ailələri, tələbələr, təqaüdçülər, Qarabağ qaziləri, sahibkarlar və adi vətəndaşlar öz şəxsi vəsaitlərindən məmnuniyyətlə bu hesaba köçürmüşlər. Hazırda fonda yığılmış məbləğ təxminən 100 milyon manatdan çoxdur. Bütün bunlar bir daha sübut edir ki, xalqımız ən çətin dövrdə Ulu Öndər Heydər Əliyev siyasəti ətrafında, möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək, həmrəylik və birlik göstərirlər. Azərbaycanda karonavirusla mübarizədə üstün cəhətlərin biri də xaricdə müvəqqəti yaşayan həmyerlilərimizə olan diqqət, qayğıdır. Belə ki, çox nadir ölkələrdə karonavirus pandemiyası dövründə öz vətəndaşlarını ölkəyə gətirdilər. Amma ölkəmizdə bu günədək 20 mindən çox soydaşımız hətta çarter reysləri vasitəsilə vətənə gətirildi, onlar 4-5 ulduzlu otellərdə və Atletlər şəhərciyində bütün problemləri hökumət hesabına olmaqla karantin rejimində saxlanıldı”.
M.İbrahimqızı qeyd etdi ki, bu gün də xaricdə qalan vətəndaşlarımızın ölkəmizə gətirilməsi davam edir: “Ölkəmizdən kənarda olan və vətənə dönmək istəyənlər üçün yaradılmış vebsayt hələ də fəaliyyətdədir və onların qeydiyyatı məsələləri qaydalar əsasında həyata keçirilir, növbəlilik əsasında və dövlət hesabına ölkəyə gətirilirlər. Qeyd etmək lazımdır ki, karonavirusa qarşı aparılan mübarizədə Heydər Əliyev Fondunun misilsiz xidmətləri var və ictimaiyyət bunu çox yüksək qiymətləndirir. Möhtərəm Birinci vitse-Prezidentimiz öz humanist fəaliyyəti, diqqəti və qayğıkeşliyi ilə kürəsəl təhlükəyə qarşı mübarizədə həm dövlətimizin həm də Heydər Əliyev Fondunun xətti ilə hər an vətəndaşımızın yanında olduğunu sübut edir. Fəxrlə deməliyik ki, ötən müddət ərzində görülmüş beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirməklə nümunəvi dövlət adlandırılır və beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB