“Bu yol, Ermənistanı son nöqtəyə aparan yoldur” Arman Abovyan

“Bu yol, Ermənistanı son nöqtəyə aparan yoldur” Arman Abovyan

Ermənistanda parlament iclası boykot edilib.

Çiçəklənən Ermənistan partiyası bu gün parlament iclasını boykot edib. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, iclas başlayandan bir müddət sonra partiya təmsilçiləri otaqdan çıxıb.
İclas otağından çıxmadan əvvəl isə "Çiçəklənən Ermənistan" partiyasının katibi Arman Abovyan açıqlama da verib.
"Təəssüf edirəm ki, demokratik dəyərlərin bərpası, söz və fikir azadlığına hörmət şüarları altında hakimiyyətə gələn parlament çoxluğu siyasi rəqiblərini susdurmağa çalışır. Bu yol, Ermənistanı son nöqtəyə aparan yoldur. Əlbəttə ki, parlament çoxluğu ona tapşırılan qanunsuz səsvermənin əleyhinə idi, amma Ermənistandakı həqiqi demokratik dəyərlər, hər bir vətəndaşın sosial, iqtisadi və siyasi hüquqları üçün mübarizə aparacağıq.
Bu salonda hakimlərin əksəriyyətinin və baş prokurorun birbaşa iştirakı ilə baş verənlər, razılaşmayan siyasi qüvvə və onun lideri ilə hesablaşmaların siyasi həllindən başqa bir şey deyil", deyə Arman Abovyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə