Siyasi hakimiyyət siyasi üsullarla hərəkət etməlidir, çünki bütün körpülər yandırılıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu “Rodina” Partiya Şurasının üzvü Ara Saakyan “Kentron” telekanalında bəyan edib.
Telekanalda o nəzərə çatdırıb ki, hakimiyyət müxalifətlə danışmalı, görüşməlidir.
“Müxalifət liderini həbsxanaya göndərmək hər hansı bir dialoq imkanından imtina etmək deməkdir. Hakimiyyət nümayəndələri dialoqdan imtina etdilər və sonrakı fəsadlarda özləri günahkardırlar”, deyə Ara Saakyan bildirib.
O, icra hakimiyyəti başçısının ədalət barədə ağrılı fikirlərinin olduğunu da qeyd edib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB