"Ermənistanda daxili siyasi vəziyyət getdikcə gərginləşməkdədir. Paşinyan hökumətinin ölkənin köklü problemləri olan işsizliyin, yoxsulluğun aradan qaldıra bilməməsi, iqtidar-müxalifət münasibətlərinin düşmənçilik səviyyəsinə qalxması, Azərbaycanın Ermənistanı bütün regional, beynəlxalq layihələrdən məhrum etməsi, siyasi, diplomatik müstəvilərdə işğalçı dövləti çıxılmaz vəziyyətə salması, oradakı, ictimai- siyasi durumu daha da kəskinləşdirib". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.
Partiya sədrinin sözlərinə görə, mövcud iqtidarın pandemik vəziyyəti nəzarətə götürə bilməməsi, bu böhranlı situasiyada səriştəsizlik, savadsızlıq nümayiş etdirməsi müxalifəti və xalqı ayağa qaldırıb: "Hökumətin üç üzvünün - Milli Təhlükəsizlik xidmətinin direktoru Martirosyanın, düşmən ordusunun baş qərargah rəisi Davtyanın və ölkə polisinin rəisi Sarkisyanın eyni vaxtda istefa vermələri məhz ölkədaxili vəziyyətlə bağlıdır. Təhlillər göstərir ki, Paşinyan hökumətinə qarşı müxalifətin növbəti addımları daha mütəşəkkil və ardıcıl xarakter daşıyacaq. Şübhə etmirəm ki, Paşinyanın dönüklüyündən, müttəfiqliyə vurduğu açıq zərbələrdən bezən Rusiyanın müəyyən çevrələri də bu prosesdə maraqlıdırlar. Ölkə parlamentində ikinci böyük fraksiya olan "çiçəklənən ermənistan partiyasının" sədri Çarukyanın Baş nazirinin istefasını tələb etməsi hakimiyyət uğrunda mübarizənin gərginləşməsinin əyani sübutudur. Fikrimcə, ermənilərin qara günləri hələ qabaqdadır.
İqtisadiyyatı xaricdəki erməni diasporunun pul kisəsindən asılı olan,əhalisinin böyük əksəriyyətinin çörək dalınca başqa ölkələrə üz tutan,qadınlarının,qızlarının Türkiyədə, Ərəb ölkələrində, Rusiyada qədim peşələri sayəsində pul qazanan bu ölkənin, gerçəkdən, heç bir prespektivi yoxdur. İşğal etdikləri ərazilərimizdən qeydsiz-şərtsiz geri çəkilmələri və ondan sonra bölgənin iqtisadi və siyasi gücləri olan Azərbaycan və Türkiyə ilə əməkdaşlığın qurulması erməniləri məhv olmaqdan xilas edə biləcək yeganə yoldur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB