"Bu gün hər kəs yaxşı görür ki, Azərbaycan dövləti etibarlı əllərdədir" ÖZƏL-MÜNASİBƏT
"Gələcəyini müəyyən etmək, getdiyi yolun düzgünlüyünə əmin olmaq istəyən hər bir xalq, hər şeydən əvvəl, keçmişini yaxşı bilməli, qazandıqlarını, itirdiklərini götür-qoy etməli, doğru addımlarını yanlışlarından ayırmağı bacarmalıdır". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.
Partiya sədrinin sözlərinə görə, 15 iyun Milli Qurtuluş Günü ərəfəsində dönüb, keçən əsrin 90-cı illərinin əvvəllərinə - o qanlı-qadalı, tariximizin təhlükəli dövrünə nəzər saldıqda, yəqin ki, hər kəs bu qənaətlə razılaşar: "Bir tərəfdən rus hərbi birləşmələrinin dəstəyi ilə Ermənistan tərəfindən torpaqlarımızın işğalı, xaricdəki bəzi siyası çevrələrin müstəqilliyimizə diş qıcaması, digər tərəfdən o illərdə hakimiyyətdəki qüvvələrin səriştəsizliyi və səhvləri milli dövlətçiliyimizi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdur.
1993-cü ilin iyununda xalqımız ayağa qalxdı və təkidlə böyük siyasət nəhəngi Heydər Əliyevi Bakıya dəvət etdi. Xalqın ağır günündə onun yanında olmaq və dövlətçiliyimizi təhlükəli böhrandan çıxarmaq istəyi Ulu Öndəri yenidən böyük siyasi həyata qayıtmağa vadar etdi. Onun möhkəm iradəsi, qətiyətliliyi, cəsur addımları ölkəmizi tarixin ağır sınaqlarından uğurla çıxardı. Bu gün hər kəs yaxşı görür ki, Azərbaycan dövləti etibarlı əllərdədir. Ulu Öndərin siyasi davamçısı Prezident İlham Əliyev Azərbaycanı uğurla inkişaf etdirərək nüfuzlu dövlətlər sırasına gətirib çıxarmışdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB