Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Ukrayna prezidentinin Azərbaycana səfəri ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov SİA-ya açıqlamasında bildirib ki, aprelin 28-də Ukrayna prezidenti Viktor Yanukoviçin Azərbaycana rəsmi səfəri ilə əlaqədar hərəkət təhlükəsizliyini təmin etmək məqsədi ilə aprelin 28-i saat 14.30-dan səfər başa çatana qədər aeroport şosesi istiqamətindən Heydər Əliyev prospekti ilə Onuncu Zavod Dairəsi, Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft meydanı, İstiqlaliyyət, Niyazi, Lermontov, Mehdi Hüseyn, Teymur Elçin və Parlament prospekti üzrə Fəxri Xiyaban və Şəhidlər Xiyabanı istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

 

V. Əsədov sürücülərin qeyd olunan küçə və prospektlərdə  alternativ yollara üstünlük verməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə