“Biz Heydər Əliyevin elmi irsini öyrənirik” mövzusunda siyasi məktəbin növbəti məşğələsi keçirilib - TƏDBİR
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatında "Biz Heydər Əliyevin elmi irsini öyrənirik" mövzusunda siyasi məktəbin növbəti məşğələsi keçirilib. SİA-nın məlumatına görə, bu məşğələlər mütəmadi xarakter daşıyır, təsdiq olunan plan əsasında keçirilir.
Siyasi məktəbin mövzusu "Heydər Əliyev: Böyük islahatçı, yaradıcı, qurucu fenomen" adı altında dinlənilib. Dinləyicilərə mühazirəni professor, ictimai xadim Vilayət Əliyev oxuyub.
V.Əliyev öz məruzəsində vurğulayıb ki, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, onu dövlətçiliyinin ayrılmaz tərkib hissəsi və dövlət siyasətinin aparıcı qoluna çevrilməsində ümummilli liderimiz Heydər Əliyev qədər qüdrətli və cəsarətli şəxsiyyət olmayıb: "Onun fəaliyyətində, əməllərində bir tamlıq var. Azərbaycançılıq fəlsəfəsini dərk etməyən şəxs Azərbaycan vətəndaşı ola bilməz! Azərbaycançılıq nədir? Bu sualın ən kamil cavabını Heydər Əliyev verib: "Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir".
"XXI əsrin başlanğıcında Azərbaycan, onun müstəqil, qurub-yaratmaq eşqi ilə fəaliyyət göstərən xalqı belə görünür. Onu bizlərə bəxş edən böyük öndərimiz Heydər Əliyevdir"- deyən mühazirəçi professor əlavə edib ki, Azərbaycan xalqı zaman-zaman tarixin amansız sınaqlarından başı uca çıxıb: "Azərbaycan və onun xalqı tarixin amansız sınaqları ilə çox üzləşmiş, müxtəlif dinlərin, mədəniyyətlərin qovşağında maraqlı və ziddiyyətli bir tarix yaradıb. Azərbaycanı parçalayan ellər xalqımızın ürəyinə, beyninə uzanmış, xalqımızı yaddaşsızlığa, türk kökündən uzaqlaşdırmağa, manqurtluğa, onun qram-qram qazandığı və tarixin sınaqlarından qoruduğu milli-mənəvi dəyərlərimizi dəyişməyə, yenisi ilə əvəz etməyə səy göstərib. Son illər göstərdi ki, Azərbaycan xalqı torpağına, taleyinə, milli-mənəvi dəyərlərinə bağlı və olduqca sadiq bir xalqdır. Bunu Azərbaycan xalqına bəxş edən, bu inamı daha da möhkəmləndirən böyük Heydər Əliyev dühasıdır. Bu illər Heydər Əliyevin əbədi olaraq Azərbaycana, onun xalqının həyatına, dövlətçiliyimizə, gələcək taleyimizə qayıdışıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB