"Cərimələr koronavirusla mübarizə fonduna köçürülsün" - TƏKLİF

“Cərimələr layihədə nəzərdə tutulandan ən azı 2 dəfə aşağı olmalıdır. Burada aztəminatlı ailələr, pensiyaçılar var". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

İndiyə qədər on minlərlə insan cərimələndiyini deytən deputat cərimələrin koronavirusla mübarizə fonduna köçürülməsini təklif edib: "Təkcə cərimələrin miqdarını artırmaqla problemi həll etmək mümkün deyil”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə