"Yaz sessiyası ərzində 12 iclas keçirilib, 123 qanun layihəsi qəbul edilib" YEKUN

Milli Məclisin yaz sessiyası ərzində 12 iclas keçirilib, 123 qanun layihəsi qəbul edilib. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin payız sessiyasının yekunları haqqında danışarkən deyib. S.Qafarova bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin martın 10-da Milli Məclisdə proqram xarakterli tövsiyələrinin yerinə yetirilməsi istiqamətində ardıcıl işlər görülüb. Spiker bildirib ki, Milli Məclisin aparatında və işlər idarəsində struktur və kadr islahatları aparılıb. Onun sözlərinə görə, parlamentin aparatında 13 şöbə əvəzin 9 şöb, İşlər idarəsində isə 9 şöbə əvəzinə 4 şöbə yaradılıb. S.Qafarova bildirib ki, aparılan islahatlar parlamentin işlərinin daha çevik təşkil olunmasına imkan verəcək.
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə