"Dövlət hər zaman vətəndaşın problemini düşünür" ÖZƏL-MÜNASİBƏT

"Prezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirakı zamanı qeyd etdi ki, məcburi köçkünlərin problemləri hər zaman dövlətin diqqətindədir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru, İlqar Orucov deyib.

Onun sözlərinə görə, dövlət hər zaman hər bir vətəndaşının problemi ilə bağlı düşünür və bu problemləri dövlət öz problemi sayıb: "Nəzərə alsaq ki, məcburi köçkünlər sosial təbəqə olaraq ən həssas və qayğıya daha çox ehtiyacı olan əhali qrupundandır. Bu mənada dövlət onların problemlərinin həlli istiqamətində hər zaman ardıcıl şəkildə işlər görür və görməkdədir. İndiyədək məcburi şəkildə öz doğma yurd-yuvalarından tərk edilmiş insanlarımızın qayğılarının qarşılanması, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması, ən müasir səviyyədə onlara yeni mənzillərin tikintisi, şəhərlərin salınması məhz dövlətin qayğısı nəticəsində mümkün olub. Hətta deyərdim ki, bu diqqətin və qayğının təməlini hələ Ümummilli Lider Heydər Əliyev qoymuşdur. Bu gün Ulu Öndər siyasətini davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə məcburi köçkünlərə qayğı, onların problemlərinin qarşılanması, yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində görülən işlər bütövlükdə dünyada bu kateqoriyadan olan insanlara ayrı-ayrı dövlətlərin münasibətindən xeyli fərqlidir. Azərbaycanda məcburi köçkünlərin məskunlaşdırılması, onlar üçün yeni yaşayış komplekslərinin tikintisi, hətta ən müasir binaların tikintisi, mənzillərdə hər bir şəraitin yaradılması, məişət avadanlıqları ilə təchiz olunması və s. belə həmin insanların qayğılarının qarşılanmasına hesablanıb. Əlbəttə ki, bütün bunlar Azərbaycan dövlətinin gücünü göstərir və öz vətəndaşına qayğısını ifadə edir. Eyni zamanda bu ölkə başçısı tərəfindən həmin insanlara münasibəti ortaya qoyur".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə