Ermənilər Şuşada “inaqurasiya” mərasiminə etiraz etdilər FOTO

İşğal altında qalan Şuşada qondarma “DQR”-nın növbəti “prezidentinin” qurama “inaqurasiya mərasimi” zamanı insident yaşanıb. SİA xəbər verir ki, bir qrup qarabağlı erməni etiraz "fləşmob"ü keçirərək, əllərində olan “Saxtalaşdırılmış seçkilər”, “And içmə, biz inanmırıq” şüarlarını qaldırıblar.

Bu haqda onların “Facebook”da fəaliyyət göstərən “Dərk edilmiş seçim” səhifəsində məlumat yayılıb. Məlumatda o da bildirilir ki, etiraz xarakterli fləşmöb saxta “prezident” Araik Arutunyanın “andiçməsi” zamanı keçirilib.

Xatırladaq ki, “inaqurasiyada” iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyan erməni KİV-lərinə açıqlamasında bildirib ki, A.Arutunyan “məxməri inqilabı” dəstəkləyənlərdən biridir. Onun bu fikirləri isə, birmənalı qarşılanmayıb. Belə ki, Paşinyanın bu vasitə ilə Ermənistan və Qarabağ erməniləri arasında mövcud qarşıdurmaları daha qızışdırdığı iddia olunur.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...