Qrant Melik-Şahnazaryan: “Nikol Paşinyanın vəzifəsindən uzaqlaşdırmaq vacibliyi mənim üçün bir əqidə məsələsinə çevrilib”
“Nikol Paşiynyan Ermənistanın siyasi inkişafında destruktiv faktor kimi təqdim olunursa, bu dəqiqdir”. SİA panorama.am-a istinadən xəbər verir ki, sözügedən fikirləri erməni politoloqu Qrant Melik-Şahnazaryan deyib. Belə ki, Ermənistanın Vatikan müqəddəs taxt-tacında, Portuqaliyada və Suveren Malta ordenində keçmiş səfiri olmuş Mikael Minasyanın sosial şəbəkələrdəki silsilə ittihamlarını şərh edən politoloq bildirib ki, diplomatın baş nazir Nikol Paşiynanı vəzifəsindən kənarlaşdırmaq və izolə etmək təklifini dəstəkləyir. Qrant Melik-Şahnazaryan sözügedən təklifə münasibətinin müsbət olduğunu şərh edərkən deyib ki, bu insan (Paşinyan) savadlı şəkildə dövlət idarəçiliyini həyata keçirməsi yerinə artıq uzun müddətdir ki, ölkədaxili siyasətdə təxribatlarla məşğuldur və bunu yalnız hakimiyyətini möhkəmləndirməkdən ötrü edir: “Belə bir gərgin hal nəinki erməni siyasəti sahəsində, həmçinin hakim partiya daxilində və komandasında da baş verir. Bu elə bir faktdır ki, bir çoxlarımız onun şahidləri olmuşuq. Ona görə də, Nikol Paşinyanın vəzifəsindən uzaqlaşdırmaq vacibliyi mənim üçün bir əqidə məsələsinə çevrilib. O zamandan ki, o baş nazir oldu və onun siyasi metodlarının yoxluğu Ermənistan qarşısında dayanan problemlərin həllini mümkünsüz edib”.
Şahnazaryan hakim partiyanın daxilində narazılığın artdığını da bildirib və qeyd edib ki, bu gün hakim partiya vahid yanaşma nümayiş etdirmir. “Əgər hakim qüvvə vahid deyilsə bu birmənalı şəkildə belədir, onların oxsaylı problemləri var. Bundan əlavə, bir çox nüfuzlu təmsilçilər həll yollarını axtarırlar və eyni zamanda müxalifət siyasi gücləri ilə əməkdaşlıq da istisna olunmur”, deyə erməni politoloqu bildirib.
Ermənilər Gürcüstana qarşı qısqanclıq hisslərini gizlətmirlər: “Gürcülərin pandemiyaya qarşı və xarici siyasətdə daha effektli iş aparmaları faktı artıq təhqir və bizə siqnaldır ki, ölədə işlər yaxşı getmir”
Maraqlıdır ki, o, Ermənistanı Gürcüstanla da müqayisə edərək, ölkəsinin utanc yerində qaldığını deyib. Belə ki, o Mikael Minasyanın Gürcüstanın maliyyələşməsi ilə bağlı 3 milyard dollarlıq razılaşma əldə etməsi məsələsini Ermənistan üçün utancverici olduğunu qeyd edib: “Milli rüsvayçılıqla bağlı fakt budur ki, Gürcüstan özünü Ermənistandan daha təşkilli olduğunu göstərib, halbuki, tarixən hər şey tərsinə olub. Gürcülərin pandemiyaya qarşı və xarici siyasətdə daha effektli iş aparmaları faktı artıq təhqir və bizə siqnaldır ki, ölədə işlər yaxşı getmir. Qonşu ölkədə infeksiyaya yoluxma halları gün ərzində 1-2 nəfər artır, Ermənistanda isə hər gün yüzlərlə yoluxma halları qeydə alınır və vəziyyət hər gün get-gedə daha da pisləşir. Görünən budur ki, biz qonşu Gürcüstandan geri qalırıq, bununla yanaşı regionda çoxsaylı gərginlik ocaqları var və bizim qonşularımızdan geri qalmağa haqqımız yoxdur”.
Armen Aşotyan: “Nikolcan, ərizəni yaz və çıx-get”
Ermənistanın Respublika partiyasının vitse-sədri Armen Aşotyan isə news.am-a açıqlamasında deyib ki, Nikol Paşinya heç də xalqın məsələlərini həll etməyə gəlməyib: “İki il əvvəl bu bəzilərinə aydın idi, o cümlədən bizə də, indi isə yüz minlərlə insana aydındır. İndi hər bir vətəndaş öz problemi ilə baş-başa buraxılıb. Nikolcan, səndə heç nə alınmayacaq, hər şey pisdir, iqtisadiyyat, soaial vəziyyət, xarici siyasət, “Artsax” danışıqları, hər şey pisdir, dost, yaz ərizəni və get”.
Aşotyannın sözlərinə görə, bu gün Ermənistan virusla mübarizədə birgə əməkdaşlıq etmək yerinə, avtoritar idarəçiliyə keçirvə bu ölkələr sırasında yer alır. O, az sonra bütün dünyanın Ermənistanda nələrin baş verdiyini biləcəyini bildirib və həttta həmin məsələyə şəxsən əl qoyacağını bildirib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB