Yaxud Gültəkin Hacıbəyli kimin "şinelində"…
Bəlkə də təəccüb edəcəksiniz. Nə deməkdir "kimin şinelində?". Cavab bəllidir. AXCP-nin "primadonnası"dırsa, deməli çıxdığı şinel də Əli Kərimlinin olar. Hər ikisi ikiüzlü, satılıb, satan, mənliklərini ayaqlar altına atan erməniqulbeçləridir. Hər ikisinin xisləti nankorluq, satqınçılıq olub. Və bu gün G.Hacıbəyli kimiləri tarix boyu cəmiyyətə qazandırdığı və qazandıracağı heç nə olmayıbdı. Ənənəvi əməllərini davam etdirmək üçün neyləməlidirlər? Böhtan, şər ataraq bu koronavirus əllərinə «göydəndüşmə» olduğundan «məharətlə yaralanmalıdırlar. Ən əsası da AXCP-nin satqın lideri buyurursa hamı xalqa müraciət etsin və xalqı «ev dustaqlığından azad olmaq üçün xalqı mitinqə» çağırışı etməsi isə lap xəcalətdir. Niyə? Bu o Əli Kərimlidir ki, həmişə Azərbaycan dövlətinə və xalqına qarşı düşmənçilik mövqeyi göstərib. İndii də sosial şəbəkələrdə bildirir ki, Azərbaycan hakimiyyətinin koronavirusla bağlı yumuşulması guya onların çağırışlarından sonra "iqtidarın qorxuya düşməsinin nəticəsi" imiş. Ələyçinin qıl verəni Gültəkin Hacıbəyli də tutuquşu kimi onun dediklrini təsdiqləyir və dammarı çıxana qədər bütün gücü ilə bağırır ki, «bu bizim gücümüzdür». Bax, simasız, satqın, əxlaqsız buna deyərlər. Koronavirusun ilk günlərində bildirirdilər ki, pandemiya ilə bağlə «guya ölkədə heç bir tədbir görülmr» deyirdilərsə, indi də «artıq iqtidar bizim çağırışımızdan qorxuya düşərək yumuşalıb» demələri həqiqətən də, əsil həyasızlıqla yanaşı, vicdansızlıq, əxlaqsızlıq və mənəviyyatsızlıqdır.
Doğurdan da qadının rəzil olması bədbəxtçilikdir. Çamura batmış G.Hacıbəyli pula görə həya nə demək olduğunu belə anlamır. İndii də G.Hacıbəyli elə havalanıb ki, hamını satqın adlandırır. Bu yerdə kor-kora kor deməsə, doğurdan da bağrı çatlar. Bəlkə utanasan. Utanmağa üz olarsa. Sosial şəbəkələrin daimi klenti G.Hacıbəyli dünən iqtidarçı, bu gün müxalifətçi, sabah heç kim olmadığını bir oturub düşünürsən. Bəlkə azacıq da olsa, həya deyilən hiss var?. Adamın yazığı gəlir buna. Bir də deyirəm, qadının bu kökə düşməsi dəhşətdir. Ancaq bunu anlaya bilirmi? G.Hacıbəylinin keçmiş qaynanasının dediklərini eşidəndə bir daha bu qadının nə qədər mənəviyyatsız və satqın olduğunnu şahidi olursan.
Keçmiş qayınanası: "Gültəkin üçün müqəddəs heç nə yoxdur - nə Vətən, nə ailə!"
Bəli, düz sözə nə deyəsən. G.Hacıbəylinin keçmiş qayınanası Nəhayət Məmmədova 14 ay gəlin olduğu müddətində ona qarşı böyük haqsızlıqlar etdiyini bildirərək, indi də həmin yolu getdiyini bildirib: "Bu o Gültəkindir ki, doğma əmisinə "torba" tikdi. Onun əmisi İdris Hacıyevin adına "Emil" MMC açdıraraq, rayonda 20 hektar ərazidə gips karxanasına yiyələnmişdi. Sonra qazancı bölüşdürə bilmədiklərindən, Gültəkinin təzyiqi ilə Göranboy rayon icra hakimiyyətinin məhkəmədə qaldırdığı iddia əsasında İdris Hacıyev "cəzalandırıldı", karxana əlindən alındı. Bundan sonra həmin ərazi Gültəkin Hacıyevanın atası Yunis Hacıyevin adına açılmış "Gülüstan" MMC-nin icarəsinə verildi. Doğmasına qarşı nankorluq, xəyanət edən Gültəkin xalqına da Vətəninə də bu cür addımlar atar, necə ki, indi bu çirkin yoldadır. Gültəkin üçün müqəddəs heç nə yoxdur - nə Vətən, nə ailə, nə doğmaları. Onun məramı-məqsədi şəxsi mənafeləri üçün insanları şərləmək, kələk gəlmək və sair. O, mənəvi dəyərlərini itirmiş əxlaqsızdır. İkiüzlü, sürüşkən, xain, anormal G.Hacıbəyli elə Əli Kərimli, Cəmil Həsənli kimi satqınların, ikiüzlülərin yanıda olar. Belələri ən ağır cəzaya məhkumdur".
Beləliklə, sözümün canı ondadır ki, bu siyasətə qoşulan sosial şəbəkə quldurları heç əslində siyasətin nə demək oldduğunu belə anlamırlar. Çünki yollarını azıblar. Bax, elə bəla d bundan sonra başlayır. Qudrurub quduzlaşırlar. Nəticədə də nə cəmiyyət, nə də ictimai rəy belələrini qəbul
etmirlər. Çünki hər kəsə çox gözəl bəllidir ki, üzüdönüklərdən, yollarını azanlardan fərli adam olmaz... «
Nankoluq onun xislətindədir
Düz sözə nə demək olar. Gültəkin Hacıbəylinin qayınanasının dediyi kimi, üzüdönüklərdən, yollarını azanlardan fərli adam olmaz. Çünki bu, o G.Hacıbəylidir ki, hər sifətdə ola bilir. Elə bu yerdə bir məqamı xatırlatmaq istərdim. Belə ki, onun "Baxış bucağı" verilişində jurnalist həmsöhbətinə belə bir sualla müraciət edir: "Gültəkin Hacibəyli üçün nə dəyişdi ki, hakimiyyətin aktiv təbliğatçısı müxalifətin ən böyük birliyində təmsil olunmağı qərara aldı?" G.Hacıbəyli əvvəlcə suala etiraz etdi. Jurnalist bildirir ki, verilişdən əvvəl G.Hacıbəyli özü və "Milli Şura"nın heç nəyə yaramayan sədri Rüstəm İbrahimbəyov barəsində sualları çıxardı, bildirdi ki, bu sualları vermə, versən də, cavab verməyəcəm, deyəcəm ki, cəmiyyətə bizim mübarizəmiz maraqlıdır-filan... idi.
Göründüyü kimi, qeyd olunan bu hadisə də «demokratiya» libasına bürünən, xalqa «demokratik prinsiplərdən dərs keçən», yeri gəldi-gəlmədi iqtidarı tənqid edən
G.Hacıbəyli həqiqətən də rəzil və bədbəxtdir. Bu yerdə məşhur bir atalar məsəlini xatırlamasan olmur: utanmasan, oynamağa nə var ki?
Son olaraq qeyd etmək istəyirəm ki, G.Hacıbəyli kimilərin tarix boyu cəmiyyətə qazandırdığı və qazandıracağı heç nə olmayıbdı. Uzun illər bu dövlətin çörəyini yemiş, sonradan əqidəni 180 dərəcə dəyişən, Vətənindən, dövlətindən üz çevirən şəxsin hərəkətlərinin bir adı var – NANKORLDUQ!!!
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB