"Paşinyan öz aləmində Azərbaycan tarixinə baş vurur" ÖZƏL - MÜNASİBƏT

"Paşinyan öz aləmində Azərbaycan tarixinə baş vurur" ÖZƏL - MÜNASİBƏT

"Ermənistanda faşizmin nümayəndələrindən olan Qaragin Njdeya İrəvanın ortasında 6 metr hündürlüyündə heykəl qoyulub. Ermənistan Azərbaycanla bağlı belə bir fakt ortaya qoya bilməz". Bu sözləri SİA-ya açıqlamasında hərbi məsələlər üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Ermənistanın Baş naziri Nikol Paşinyanın azərbaycanlı legionerləri ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

"Ermənilərin son vaxtlar etdiyi hərəkətlər bizə imkan verir ki, onların iç üzünü bütün dünyaya göstərək. Onlar əməlləri ilə nasizmə və ya faşizmə meyilli olduqlarını açıq şəkildə nümayiş etdirirlər. İndi isə Nikol Paşinyan öz aləmində Azərbaycan baş vurmağa başlayıb. Bu, çox uğursuz bir müqayisədir. Çünki, faktlar, sübutlar ortadadır, bunu təkcə Azərbaycan demir, bunu Amerika arxivləri, Rusiya arxivləri, politoloqları və tarixçiləri də təsdiq edir. Lakin, Ermənistan öz həyasızlığına davam edir" - deyə, ekspert əlavə edib.

Ermənistanda faşizmin nümayəndələrindən olan Qaragin Njdeya İrəvanın ortasında 6 metr hündürlüyündə heykəl qoyulduğunu vurğulayan Üzeyir Cəfərov bildirib ki, Ermənistan Azərbaycanla bağlı bir dənə belə fakt ortaya qoya bilməz: "Azərbaycanın bir dənə belə faşizmi və ya nasizmi təbliğ edən əməl və ya hərəkəti olmayıb, ola da bilməz. Çünki, Azərbaycan xalqı erməni xalqından fərqli olaraq, həm maddi, həm də mənəvi cəhətdən müharibədə öz payına düşən öhdəliyi layiqincə ortaya qoyub. Vaxtilə Azərbaycanın 600 min oğlu və qızı vicdanla Böyük Vətən Müharibəsində və II Dünya Müharibəsində üzərinə düşən öhdəlikləri yerinə yetiriblər. Bu bir faktdır".

Ekspert qeyd edib ki, Nikol Paşinyan çox uğursuz bir siyasətçidir və həm danışıqlar prosesində iştirak edir, həm də danışıqlar prosesinə xələl yetirəcək və proseslərə zərbə endirəcək hərəkətlər edir, açıqlamalar və bəyanatlar yayır: "Bu onun ciddi siyasətçi olmadığına dəlalət edir. Artıq, Ermənistanın özündə də onunla bağlı həddindən artıq narahat fikirlər səsləndirilir. Onlar anlayırlar ki, belə bir rəhbər ola bilməz, belə bir rəhbər Ermənistanı sadəcə uçuruma aparır və onsuz da Ermənistanın dünyada korlanmış imicini daha da korlayır. Paşinyan özünün dəyərsiz bir siyasətçi olduğunu artıq faktlarla sübut edib. Bütün bunlardan istifadə edib onun iç üzünü bütün dünyaya göstərməliyik".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə