"Ermənilərdən fərqli olaraq biz bu fəaliyyəti pisləyirik" ÖZƏL - MÜNASİBƏT
"Ermənilərdən fərqli olaraq biz heç vaxt bu legionda fəaliyyət göstərən insanların gördüyü işləri təqdirəlayiq hesab etməmişik. Ermənistanın siyasi rəhbərliyi, ölkənin ictimai xadimləri isə əksinə erməni legionunun rəhbərlərini və orada iştirak edən insanların fəaliyyətini təbliğ edirlər". Bu sözləri SİA-ya açıqlamasında siyasi məsələlər üzrə ekspert İlqar Vəlizadə Ermənistanın Baş naziri Nikol Paşinyanın faşist Almaniyası üçün vuruşan azərbaycanlı legionerlərin fəaliyyəti ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, nə qədər acınacaqlı olsa da biz etiraf etməliyik ki, erməni legionu ilə yanaşı faşist alman ordusunda Azərbaycan legionu da formalaşmışdır və bu tarixi bir faktdır, lakin, Azərbaycan bu fəaliyyəti qətiyyətlə pisləyir:
"Azərbaycanda bu legionun fəaliyyətinə birmənalı yanaşma yoxdur. Yəni, əksəriyyət, ictimaiyyət, siyasi xadimlər və adi vətəndaşlar tərəfindən Azərbaycan legionunun fəaliyyəti pislənilir. Əlbəttə ki, orada iştirak edən insanların böyük bir qismi vətən xaini sayılır və rəsmi mövqe də belədir. Ermənilərdən fərqli olaraq biz heç vaxt bu legionda fəaliyyət göstərən insanların işlərini təqdirəlayiq hesab etmirdik. Ermənistanın siyasi rəhbərliyi, ölkənin ictimai xadimləri əksinə, erməni legionunun rəhbərlərini və orada iştirak edən insanların fəaliyyətini təbliğ edirlər. Onlardan qəhrəman obrazı yaradırlar. Bu yolverilməzdir. Biz bu siyasəti pisləyirik".
Ekspert bildirib ki, faşist alman ordusunda fəaliyyət göstərən erməni legionunda vuruşan şəxslərin məqsədi Azərbaycan, Gürcüstan və Türkiyə ərazisində böyük Ermənistan qurmaq və monoetnik bir dövlət yaratmaq idi:
"Onlar burada yaşayan yerli, köklü insanları ərazilərindən təmizləmək və erməni milliyətçi faşist ideleologiyasına yaxın bir ideoloji əsasların üzərində dövlət qurmaq idi. Yəni, erməni faşist dövlətini qurmaq. Onlara təəsüfkeşlik edən insanlar, bu məqsədləri müdafiə edən insanlar əslində mahiyyət etibarilə faşist ideologiyasının nümayəndələridirlər. Milli üstünlük ideologiyasını ön plana çəkən insanlardırlar. Bu ideologiyanı yürədən, indiki siyasətə tətbiq edən şəxslər mahiyyət etibarilə faşist iddeologiyasının daşıyıcılarıdırlar. Bu baxımdan, Paşinyanın ifadələrinin hamısı boş və yalandır. Biz onu çox gözəl başa düşürük. Mən düşünürəm ki, onların fəaliyyətindən MDB məkanındakı dövlətlər də, dünya ictimaiyyəti də xəbərdar olmalıdır. Çünki təəssüflər olsun ki, belə siyasətə adekvat reaksiya olmasa bu siyasətçilər daha da həddini aşacaq və bu regionda siyasi gərginliyə və hərbi-siyasi gərginliyə gətirib çıxara bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB