Milli Şura ilmə-ilmə çözülür - ŞƏRH ÖZƏL

Milli Şura ilmə-ilmə çözülür - ŞƏRH ÖZƏL

“Milli Şura özünün bir zamanlar inandığı və müdafiə etdiyi ideoloji konsepsiyadan xeyli uzaqlaşıb. Bu gün ciddi, milli xarakterli, ideoloji dəyərləri təbliğ etmək əvəzinə, liberalizmin bütün dünya tərəfindən qəbul edilməyən bir sıra dəyərləri qarşısında, xalqın milli dəyərlərinin geri çəkilməsi, artıq bu qurumun konseptual xəttindəki ciddi əyintilərdən xəbər verir”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, pandemiyanın tüğyan etdiyi bir zamanda xalqımızın qarşısında duran ciddi məsələlərin müzakirə edilməsi əvəzinə, özlərinin daha ciddi məsələləri olduğu haqqında cinsi azlıqlar məsələsində vay-şüvən qoparıb qarşıdurma yaradanlar, üstəlik də cəmiyyətin əxlaqi dəyərlərinə hörmətsizlik göstərən bu şəxslər sözün həqiqi mənasında öz içlərində ciddi şəkildə qınanıblar: “Eldəniz Quliyev, Vasif Manaflı kimi koordinasiya üzvlərini itirdilər və indi həmin şəxlər tərəfindən də ciddi qınaq obyektinə çevriliblər. Eldəniz Quliyev artıq istefasının səbəblərindən danışmaqla qurumun daxilində nə qədər hərc-mərcliyin, müzakirə edilən məsələrin hansı səviyyədə olduğunu açıqca bəyan edirlər. Yəni bu qurumun həm ideoloji, həm siyasi cəhətdən tükənməsinə bir işarədir. Qurum son zamanlar ümumiyyətlə zəifləyib. İndi də tanınmış üzvlərini itirməklə ilmə-ilmə çözülməyə başlayıblar”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə