Donald Tramp: "Biz Minsk Qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik”
Bu gün beynəlxalq birliyin ən fəal üzvlərindən birinə çevrilən Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Etiraf etmək lazımdır ki, ABŞ planetimizin əsas güc mərkəzlərindən biridir və yeni dünya düzəninin qurulmasında bu ölkənin kifayət qədər böyük rolu var. Bu mənada Azərbaycanla ABŞ arasındakı münasibətlər xüsusi əhəmiyyət kəsb edir.
Siyasi, iqtisadi, sosial və humanitar sahələrdə keyfiyyətcə yeni xarakter alan və beynəlxalq münasibətlər sistemində güclü siyasi arxitekturaya çevrilən Azərbaycan-ABŞ əlaqələri pozitiv şaxə alaraq daha dərin məna və məzmun kəsb etməkdədir. Hər iki ölkənin formalaşdırdığı geniş və güclü əməkdaşlıq platforması regionda dinamikliyi və uzunömürlü humanitar gələcək üçün siyasi hərarəti ilə diqqəti cəlb edir. Münasibətlərin dərinləşməsinə hər il bir çox iqtisadi komponentlərin əlavə olunması ABŞ-Azərbaycan əməkdaşlığına impuls verir, yeni seqmentlər qatır.
Azərbaycan Amerika ilə münasibətləri səmimi dostluq münasibətlərinə, qarşılıqlı maraqlara söykənərək inkişaf edir
Və bu gün ABŞ Prezidenti Donald Trampın məktubunda ölkələrarası güclü iqtisadi-siyasi dialoqun əməkdaşlığa böyük töhfə verməsinə diqqət çəkilir və dövlətimizin ABŞ və dünya dövlətləri üçün etibarlı tərəfdaş olması vurğulanır. Biz Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik.
Azərbaycan Respublikasının çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunda dünyanın ən qüdrətli ölkələrindən biri olan ABŞ-la münasibətlərinin möhkəmləndirilməsi xüsusi prioritet təşkil edir. Belə ki, ölkələrimiz arasında enerji, nəqliyyat, infrastrukturlar, kommunikasiya və digər sahələrdə güclü təmaslar mövcuddur. Azərbaycanın Amerika ilə münasibətləri son illərdə strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Xəzər hövzəsinin enerji təhlükəsizliyi ABŞ-ın xarici siyasətində prioritetlərdən olduğu üçün Azərbaycanın başlatdığı Qərbyönümlü enerji siyasəti Vaşinqtonun maraqlarına uyğundur və ölkəmizin atdığı qətiyyətli enerji siyasəti ABŞ-Azərbaycan münasibətlərinin inkişafında təkanverici faktora çevrilib.
Həmçinin, məktubunda qeyd olunur ki, ABŞ hökumətinin mövqeyi bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupu çərçivəsində çoxtərəfli beynəlxalq sülh səyləri ilə həll edilməlidir. Bu, açıq şəkildə Azərbaycanın ərazi bütövlüyü məsələsində və Dağlıq Qarabağ münaqişəsinin həllində Amerikanın mövqeyini aydın əks etdirir: "Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir. Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər. Bu sahələrdə Azərbaycanın mühüm töhfələrini dəyərləndirir, dəstəklənməsinə söz verdiyimiz demokratik idarəetməni təşviq edən, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına həvəsləndiririk. Koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır. Biz Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik".
Göründüyü kimi, hər iki ölkə demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsi, insan hüquqlarına hörmət edilməsi kimi məsələlərdə əməkdaşlığın vacibliyinin şərt olduğunu bildirib və bu istiqamətdə əməkdaşlıq nümayiş etdirib. Bu gün aydındır ki, Cənubi Qafqaz bölgəsinin inkişafına, dövlətlərarası münasibətlərin daha yüksək səviyyədə qurulmasına, o cümlədən, dünyaya inteqrasiyanın daha yüksək sürətlə həyata keçirilməsinə və sülhün təminatına ən böyük maneə məhz Ermənistanın işğalçı siyasətidir. Azərbaycan torpaqlarını işğal altında saxlayan və artıq uzun illərdir ki, qeyri-konstruktiv mövqe nümayiş etdirməklə Ermənistan özünü beynəlxalq layihələrdən kənarda saxlayıb və regionun ümumi inkişaf tempindən dəfələrlə geridə qalıb. Münaqişənin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi ABŞ regionda sülhün bərqərarı istiqamətində fəaliyyət nümayiş etdirir.
Həmçinin, digər bir məqam isə, ölkələrarası iqtisadi və geniş hüquqi islahatlar sahəsində də sıx əməkdaşlıq əlaqələrin olmaksıdır. Son illərdə iki ölkə arasında siyasi, ticari-iqtisadi və strateji sahələrlə bərabər, həmçinin enerji, nəqliyyat, humanitar, mədəni, elm, təhsil, informasiya texnologiyaları kimi sahələrdə qarşılıqlı əməkdaşlıq davamlı olaraq inkişaf edir. Prezident İlham Əliyevin ABŞ-a səfərləri zamanı apardığı səmərəli danışıqlar və imzalanmış bir sıra mühüm rəsmi sənədlər ölkələrimiz arasındakı münasibətləri yeni, əsl tərəfdaşlıq səviyyəsinə yüksəldib.
ABŞ Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, tərəflər arasında bir çox istiqamətləri əhatə edən yüksək səviyyəli münasibətlər mövcuddur. Tərəflər arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. İstər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edərək getdikcə öz əhatə dairəsini genişləndirməkdədir. Azərbaycan Birləşmiş Ştatlarla geniş iqtisadi əməkdaşlıq əlaqələri qurub. Bu əməkdaşlığın əsas istiqamətlərini isə Azərbaycanda neft və qaz sektorunun inkişafı, yeni boru kəmərlərinin tikintisi və istismarı, Şərq-Qərb dəhlizi boyu infrastruktur layihələrinin həyata keçirilməsi, qeyri-neft sektoru sahəsində qarşılıqlı ticarətin genişləndirilməsi və s. təşkil edir. İki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsinin göstəricilərindən biri olaraq ticarət dövriyyəsinin həcmi də ildən-ilə artmaqdadır.
Bütün bu müsbət meyillər bir daha onu göstərir ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlanması bir daha ABŞ və Azərbaycan aorasında olan münasibətlərin bundan sonrakı mərhələdə də bütün sahələr üzrə inkişaf edəcək. Beləliklə, bütün bu isti sünasibət bir daha onu təsdiq edir ki, ABŞ-Azərbaycan münasibətlər müttəfiqlik və əməkdaşlıq səviyyəsində bundan sonra da davam edəcək.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB