ABŞ prezidenti Barak Obama erməniləri üzməkdə davam edir. Belə ki, bu gün Amerika prezidenti ermənilərə 24 aprel müraciətində həmişə olduğu kimi "soyqırımı" sözü işlətmədi. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Obamanın bu mövqeyi dünyanın bütün ermənilərini təəssüfləndirib. Kaliforniya ştatının iri şəhərlərində aksiya keçirən ermənilər hətta ABŞ prezidentinə hədə-qorxu gəlməyi də unutmayıblar.
Məlumatda deyilir ki, Barak Obama çıxışı zamanı yalnız "Meç eqern", yəni "böyük faciə" sözünü işlədib. Türkiyə və Ermənistanı barışığa səsləyib. Erməniləri də Obama seçiləndən sonra artıq üçüncü dəfədir ki, eyni sözü işlətməsini özlərinə qarşı təhqir kimi qəbul edirlər. Associated Press agentliyi məsələyə digər tərəfdən yanaşıb. Bildirib ki, ABŞ rəsmilərindən hələ heç kim ermənilərin arzusunu yerinə yetirməyib. Səbəb Türkiyə kimi güclü NATO müttəfiqi ilə ABŞ-ın münasibətlərinin pisləşməməsidir. Prezident seçkiləri ərəfəsində erməniləri ümidləndirsələr də sonradan "soyqırımı" sözünü işlətməkdən imtina edən ABŞ dövlət başçıları dövlət marağının erməni marağından üstün olduğunu hər dəfə ermənilərə başa salsalar da "hay"lar inadlarından əl çəkmirlər. Səbəb isə çox sadədir: Türkiyədən təzminat almaq.
Son illər bütün dünya erməniləri güclərini bir yerə qoyub guya 1915-ci ildə indiki Türkiyə ərazisində, Osmanlı imperiyası dövründə türklərin erməniləri kütləvi şəkildə qırdıqlarını sübut etməyə çalışırlar. Maraqlı burasıdır ki, hadisələrin baş vermə səbəbindən, həmin dövrdə Anadoludda kimin-kimi soyqırımına məruz qoyduğunu bilməyən ölkələrin parlamentləri "genosidi" tanıyıblar. Niyə, nə üçün, bunu soruşan yoxdur. Ermənistanın hansı qitədə olduğunu bilməyən parlamentarilər, konqresmenlər yalnız xristian amilini əsas götürərək ermənilərin olmayan haqqını tanıyıblar. Çox təəssüf ki, dünya yalanlara kütləvi şəkildə inanmağa başlayıb. Yəqin ki, ermənilərin damağı altında yatan iştahları onların da para qazanmaq ümidini artırıb.
Serblərin bosniyalılara qarşı törətdikləri əsl soyqırımını dana bilməyən Beynəlxalq məhkəmənin çıxardığı qərara baxmaq kifayətdir ki, kimin ədalətli, kiminin isə ədalətsiz olduğunu başa düşəsən.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB