Ramil Usubov Lənkəranda şikayətçilərlə görüşüb

Ramil Usubov Lənkəranda şikayətçilərlə görüşüb

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov martın 15-dən başlayaraq bölgələrdə vətəndaşların qəbulunu keçirir. DİN mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, növbəti belə tədbir aprelin 23-də Lənkəran şəhərində keçirilib.

Şəhər-Rayon Polis Şöbəsində Lənkəran, Masallı və Cəlilabad rayonlarının bir qrup sakinini qəbul edən nazir onların müraciətlərini dinləyib, qaldırılan məsələlərin dərhal, operativ şəkildə həll edilməsi üçün aidiyyatı üzrə Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.

Həmin gün qəbul edilən 25 vətəndaşın polisin fəaliyyəti ilə bağlı müraciətlərinin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb. General-polkovnik Ramil Usubov qalan ərizə və şikayətlərin də qüvvədə olan qanunvericilik çərçivəsində obyektiv araşdırılacağını və bu istiqamətdə müvafiq tədbirlərin görüləcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə