"Koronavirus epidemiyası Çinin siyasətinə təsir etməyib, əksinə xəstəliyi ilk yayan və ondan ilk qurtulan ölkə kimi xarici və təhlükəsizlik siyasətində aqressiv addımlar atmağa başlayıb. Pekin qonşu ölkələr hesabına ərazilərini genişləndirməyə çalışır. Məsələn, Çində istehsal olunan xəritələrdə Hindistana aid Arunaçal-Pradeş Çin ərazisi kimi göstərilir. Vyenatnam da qonşusunun ərazi iddiasından əziyyət çəkir. Çin koronavirusun tüğyan etdiyi günlərdə, yəni aprel ayının ortalarında Vyetnam sahillərindəki adalarda ərazi-inzibati məntəqələr yaradıb. Halbuki adalar mübahisəli ərazilərdə yerləşir. Çin bu adalara görə Vyetnamla yanaşı Tayvan, Malayziya, Filippin və Bruneylə mübahisə edir". Bunu SİA-ya politoloq Elxan Şahinoğl deyib.
Politoloqun sözlərinə görə, koronavirus epidemiyası Çinin planlarını dəyişdirməyib: "Birincisi, Pekin qonşularına qarşı ərazi iddiasından bundan sonra da əl çəkməyəcək. Pekin müxtəlif əraziləri ələ keçirməkdə qətidir və problemlərin həlli məqsədilə danışıqlara üstünlük vermir. Bu siyasət bölgədəki vəziyyəti gərginləşdirəcək. Asiya ölkələri Çinin bu siyasətində qorunmaq üçün Amerika və Hindistanla sıx əlaqələrə çalışırlar. Çinin ərazi iddiası Yaponiyanın da regional maraqlarına toxunur. Bu baxımdan Tokio ilə Dehli arasında tərəfdaşlıq güclənir.
İkincisi, Pekin postkoronavirus dövründə Amerika ilə qarşıdurmaya hazırlaşır. Bugünə qədər heç bir Çin rəsmisi koronavirusun dünyaya yayılmasmına görə ölkəsinin məsuliyyətindən danışmayıb. Əksinə, Çin rəsmiləri ara-sıra verdikləri açıqlamalarda virusun gəlmə olduğunu iddia edir, bəzən isə ünvan kimi Amerikanı göstərirlər. Yəni guya virus Amerika laboratoriyalarında hazırlanıb. Halbuki, bu gün koronavirusdan ən çox əziyyət çəkən ölkə məhz Amerikadır. Çin böyük dövlətlərin, o cümlədən Ümumdüyna Səhiyyə Təşkilatının koronavirus epimediyasının araşdırılması təklifini rədd edir. Deməli, gizlədiləsi nəsə var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB