“Prezident İlham Əliyeyevin həyata keçirdiyi islahatlar içərisində yeni konfiqurasiyanın formalaşması xüsusi önəm kəsb edir. Prezident Adminsitrasiyasında həyata keçirilən dəyişiklik nəticəsində Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbənin yaradılması ciddi niyyətlərdən xəbər verirdi. Həmin şöbə yaradıldıqdan dərhal sonra ölkə başçısının tapşırığı ilə həmin şöbənin rəhbəri Ədalət Vəliyevin həm parlament, həm də parlamentdən kənarda təmsil olunan siyasi partiya rəhbərləri ilə görüş keçirməsi iqtidarla partiyalar arasında dialoqunun ilkin addımları idi. Bu, cəmiyyət tərəfindən də yüksək qiymətləndirildi”. Bu fikirləri SİA-ya açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
O bildirib ki, özünün radikal mövqeyi ilə fərqlənən dağıdıcı və anarxist mövqe tutan iki partiyadan başqa digərləri bu məsələyə çox normal yanaşaraq, görüşlərdə iştirak etdilər və fikir mübadiləsi aparıldı: “ Bundan sonra parlamentdə yeni bir konfiqurasiyanın növbəti əlaməti göründü. Parlamentdə təmsil olunan partiyaların rəhbərləri, onların təmsilçiləri Milli Məclisin rəhbərliyində təmsil olundular. Bu da yeni konfiqurasiyanın ciddi nümunəsi idi”.
Milli Məclisdə Prezident Adminitsrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə partiyalarla görüş keçirildiyini deyən F. Ağamalı söyləyib ki, burada da partiyalarla fikir mübadiləsi aparıldı: “Bu gün əldə etdiyimiz məlumata görə, Müsavat Partiyasında təmsil olunan QHT-lərin təmsilçiləri də dialoq prosesinə qoşulublar və onların da fikirləri müsbət dəyərləndirilir. Bir sözlə Azərbaycan dövlətiçiliyi naminə xidmət edən, fəaliyyət və siyasi baxışlarından asılı olmayaraq partiyalarla iqtidar arasında təmasların qurulması, fikir mübadilələrinin aparılması son dərəcədə önəmlidir. Düşünürəm ki bu, bütövlükdə dövlətçiliyin güclənməsinə xidmət edən çox ciddi siyasi mühitdir. Bunu da yaradan heç şübhəsiz ki, Prezident İlham Əliyevdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB