Kiyevdə keçiriləcək iclasda deputatımız da iştirak edəcək

Kiyevdə keçiriləcək iclasda deputatımız da iştirak edəcək
MDB Parlamentlərarası Assambleyasının Ukrayna Ali Radası ilə birgə keçirəcəyi Elm və təhsil komitəsinin iclası aprelin 28-29-da Kiyev şəhərində keçiriləcək. Parlamentin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, həmin tədbirdə Milli Məclisi İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov təmsil edəcək.
İclasda distant təhsil, prosesdə iştirakçıların məsuliyyəti, təhsildə ictimai ekspertiza və innovasiya strukturu məsələləri barədə müzakirələr aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə