Ermənistanda COVID-19-a yoluxanların sayı 3718-ə qədər artıb. SİA xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərin nəzarəti və profilaktikası mərkəzi məlumat yayıb. Beləliklə, 12 mayla müqayisədə 180 yeni yoluxma qeydə alınıb. Ötən sukta ümumi yoluxma sayı 3538 nəfər olub.
Həmçinin bildirilir ki, koronavirusdan ölənlərin sayı ötən sutka ərzində bir nəfər də əlavə olunmaqla 48 nəfərə çatıb. Eyni zamanda, koronavirusa yoluxaraq digər xəstəliklərdən əziyyət çəkənlərdən isə son sutka ərzində iki nəfər artaraq 21 nəfərə çatıb.
Yeni məlumatlara görə, infeksiyadan 1500 nəfər sağalıb. Hazırda müalicədə 2149 nəfər qalmaqdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB