"Erməni ideologiyası faşist ideologiyasından da irəlidir" ÖZƏL - MÜNASİBƏT

"Erməni ideologiyası faşist ideologiyasından da irəlidir" ÖZƏL - MÜNASİBƏT

"Dövlət başçısının bir fikri ilə erməni cəmiyyətinə verdiyi qiyməti onlarla, yüzlərlə tətqiqat əsərinə çevirməlidirlər ki, dünyanın da əsl həqiqətdən xəbəri olsun, erməni məkri ilə faşist məkrinin eyni kökdən bəhrələndiyini bilsinlər və bunun mahiyyətini dərk etsinlər". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü deputat Anar İsgəndərov Prezident İlham Əliyevin Ermənistanın faşist canilərini qəhrəmanlaşdırması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, əslində, Azərbaycanın dövlət başçısı İlham Əliyev hamının ürəyindən keçən və heç kəsin deyə bilmədiyini bir mənalı şəkildə dilə gətirdi: "Ermənistanın fəxr etdiyi II Dünya Müharibəsi illərində faşistlərə qulluq edən Qaragin Njde Sovet dövlətinə qarşı vuruşan insan olmuşdur. Burada təkcə azərbaycanlılar yox, müsəlmanlar yox, həmçinin slavyanlar, gürcülər və başqa xalqların nümayəndələri öldürülüb. Birmənalı olaraq, 1944-cu ildə Qaragin Njde Bolqarıstanda Sovet kəşfiyyatı tərəfindən saxlanılarkən bunların hamısını etiraf etdi. Lakin, çox təəssüflər olsun ki, nə Sovet dönəmində, nə də SSRİ dağılandan sonra heç bir dövlət rəhbəri və heç bir dövlətin bu dövrün tarixi ilə məşğul olan tarixçiləri bu məsələ ilə bağlı tarixi həqiqəti dilə gətirmədilər. Yəni, həqiqəti susmaqla cavablandırdılar".

Millət vəkilinin sözlərinə görə, qürurverici haldır ki, Azərbaycan Respublikasının rəhbəri Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması ilə bağlı fikrini ortaya qoydu: "Dünənə qədər Sovet dövlətinə düşmən olan Qaragin Njdenin bu gün Ermənitanda heykəlinin qaldırılması da buna əyani misaldır. Hətta, bu gün Ermənitana rəhbərlik edən hökumət başçısının babasının da vaxtilə faşist Almaniyası tərəfindən Sovet dövlətinə qarşı, Sovet xalqına qarşı vuruşduğu məlum olub. Bütün bunlar onu göstərir ki, elə daşnak-sütunun ideologiyası, yəni, ermənilərin ideologiyası ilə faşist Almaniyasının ideologiyası biri-birinə oxşardır. Mən deyərdim ki, erməni ideologiyası faşist ideologiyasından da irəlidir. Bu mənada dövlət başçısının fikirlərini təqdir edirəm".

Anar İsgəndərov qeyd edib ki, Azərbaycan tarixçiləri gələcəkdə bu istiqamətdə uğurlu tətqiqat işləri aparmalı və dövlət başçısının bir fikri ilə erməni cəmiyyətinə verdiyi qiyməti onlarla, yüzlərlə tətqiqat əsərinə çevirməlidirlər ki, dünyanın da əsl həqiqətdən xəbəri olsun, erməni məkri ilə faşist məkrinin eyni kökdən bəhrələndiyini bilsinlər və bunun mahiyyətini dərk etsinlər.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə