Aşqabadda MDB Sərhəd Qoşunları Komandanları Şurasının iclası keçirilib

Aşqabadda MDB Sərhəd Qoşunları Komandanları Şurasının iclası keçirilib

Apreli 22-də Aşqabadda Müstəqil Dövlətlər Birliyi (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının iclası keçirilib.

SİA-nın xəbərinə görə, Şuranın iclasında Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakçılara təbriki oxunub.

İclasda bu strukturlar arasında qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi, birgə profilaktik tədbirlərin keçirilməsi, dövlət sərhədlərinin toxunulmazlığının və təhlükəsizliyinin təmin olunması, MDB-nin üzvü olan dövlətlərin sərhədlərində sabitliyin qorunması və möhkəmləndirilməsi, 2012-ci ildə keçiriləcək ümumi tədbirlər planı, tərəfdaşlığın yeni perspektiv istiqamətləri və digər məsələlər müzakirə edilib.
Çıxış edənlər əmin olduqlarını bildiriblər ki, Aşqabad görüşü region ölkələri arasında qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə, sülh və sabitliyin qorunmasına xidmət edəcəkdir.
Sonra qonaqlar Türkmənistan Dövlət Sərhəd Xidmətinin bir sərhəd zastavasına getmiş, burada sərhədçilərə yaradılmış şəraitlə tanış olmuş, təcrübə mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə