Aprelin 21-də Ermənistan ordusunda növbəti ölüm hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, axşam saat 22:50 radələrində Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin birində Artur Kazaryan adlı hərbçi öz silahından atəş açmaqla özünü öldürüb. Hospitala aparılarkən yolda keçinib. Faktı Ermənistanın rəsmi mənbələri də təsdiq edib. Hərbi prokurorluqda özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi qaldırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB