“Faşistin nəvəsi Paşinyan gəlib Şuşadan bizə dil uzadır” ÖZƏL-MÜNASİBƏT
Paşinyanın babasının nasistlərə, faşistlərə xidmət etməsi xəbərində mən qeyri-adi heç nə görmədim, çünki, onsuz da bir ölkənin ki, baş naziri faşizmi qəhrəmanlaşdırır, faşistlərə xidmət edən ermənilərə haqq qazandırır, onlara abidə qoyulur bu ölkədə, aydındır ki, onun da babasının faşist olmasında belə deyək ki, qeyri-adi heç nə yoxdur. Bu sözləri SİA-ya müsahibəsində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Mərkəzin rəhbəri qeyd edib ki, ermənilər özləri də faşistlərə bağlıdır və vaxtilə Azərbaycanın torpaqlarını da elə faşist üsullarla işğal ediblər.
“İndi anlaşılır ki, Nijdeni Paşinyan niyə belə bu qədər müdafiə edir, çünki, Paşinyanın babası da Njdenin davamçılarından biri olub. Amma mən fikrimizi bu məsələyə cəmləməkdənsə, fikrimizi ona cəmləməyi tərcih edirəm ki, həmin o faşist nəvəsi olan bir şəxs gəlir işğal altında olan torpaqlarımıza, Şuşaya və oradan bizə dil uzadır. Biz bu məsələ haqqında ciddi düşünməliyik, necə edək ki, işğala son qoyaq, necə edək ki, bu faşist nəvəsi bizim torpaqlarımızda gəlib at oynatmasın. Bax, bu məsələ üzərində biz daha ciddi düşünməliyik, təzyiqi artırmalıyıq və bu istiqamətdə atacağımız addımlar torpaqlarımızın azad olunmasını sürətləndirməlidir”, deyə Elxan Şahinoğlu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB