Bakı Metropoliteninin rəis müavini: “Bakıdan Sumqayıta və hava limanına metro xətləri çəkilməyəcək”

Bakı Metropoliteninin rəis müavini: “Bakıdan Sumqayıta və hava limanına metro xətləri çəkilməyəcək”
"Bakıdan Sumqayıta və hava limanına metro xətti olmayacaq, çünki onlar texniki, iqtisadi cəhətdən sərf etmir. Ona görə də həmin ərazilərə metro xətləri çəkilməyəcək". Bu barədə SİA-ya açıqlamasında Bakı Metropoliteninin rəis müavini, Tikilən Metropoliten Müdiriyyətinin rəisi Arif Rəsulov məlumat verib. O bildirib ki, 83 km metro xətti çəksək Bakının bütün nəqliyyat problemi həll olunar. 53 stansiya və 83,4 km tunelin tikilməli olduğunu deyən A.Rəsulov qeyd edib ki, 83,4 km-in 30 km-ni Sumqayıta çəkməklə sadəcə 1 stansiyalıq sərnişin uduruq.

"Bu gün Elmlər Akademiyası stansiyası 65 minə yaxın sərnişin daşıyır. Mən inanmıram ki, Sumqayıt şəhəri bizə 65 minlik srənişin versin, bu ola bilməz. Ona görə də şəhərin içində yeni xətlər tikilməlidir, nəinki Sumqayıta. Bakıdan Sumqayıta 30 km, Əzizbəyovdandan da aeroporta 25 km-lik məsafədir. Aeroporta artıq bu gün ictimai nəqliyyata tələbat yoxdur. 83,4 km tunel, 53 stansiya şəhər içində tikməklə bütün şəhəri metropolitenlə təmin edirik. Bunu hesabat da göstərdi və biz bu fikirlərdən yayındıq. Yeni 3 xəttimiz bütün yaşayış massivlərini, Bakının giriş qapılarını əhatə edir. Şıxov, Bibiheybət və Avtovağzalı da bunlarla əhatə edirik. Bakının 2 girişi var var. Şimal qapısı Sumqayıt, cənub qapısı isə Bibiheybətdir. Hər ikisinə yeni xətlərdən stansiya nəzərə alınıb. Ən böyük yaşayış massivləri olan mikraroyanlar, Qaraçuxur, Köhnə və Yeni Günəşli, Əhmədlinin hamısı üçün metro xətləri nəzərdə tutulub. Sumqayıta metro tikilməsini biz yaddan çıxarmalıyıq, çünki bu rentabelli deyil", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə