Rövşən Novruzoğlu: “ABŞ-ın iri şirkətləri 2015-2020-ci illərdə Dağlıq Qarabağda həyata keçirəcəyi layihələrlə bağlı proqramlar hazırlayıb”

Rövşən Novruzoğlu: “ABŞ-ın iri şirkətləri 2015-2020-ci illərdə Dağlıq Qarabağda həyata keçirəcəyi layihələrlə bağlı proqramlar hazırlayıb”

Ermənilər qondarma "erməni soyqırımı" ilə Dağlıq Qarabağ məsələsini bir-birindən ayırmaq istəmirlər. SİA-ya açıqlamasında bu sözləri politoloq Rövşən Novruzoğlu söyləyib.

 

Dini və siyasi olmaqla 13 erməni təşkilatının Ağ Ev, Konqresə, senatorlara birgə məktub göndərdiyini deyən politoloq burada həm "erməni soyqırımı"nın, həm də Dağlı Qarabağ məsələsinin əks olunduğunu deyib: "Barak Obamadan xahiş olunur ki, Dağlıq Qarabağın müstəqilliyini həm özü tanısın, həm də Konqresdə tanınmasını təmin etsin. Eyni zamanda qeyd ediblər ki, 907-ci düzəliş heç zaman ləğv edilməsin. Ermənilər qeyd edirlər ki, Dağlıq Qarabağın bütün dövlət atributları, himni, gerbi, pulu, ordusu, sərhədləri var və belə olan halda Dağlıq Qarabağın tanınması ilə bağlı heç bir maneə yoxdur. Erməni təşkilatları Obamaya xatırladır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də qurumun mövqeyi ilə bağlı Ağ Evə birgə məktub göndəriblər".

 

Məktubda Dağlıq Qarabağın müstəqilliyinin ABŞ tərəfindən tanınmasının Vaşinqton üçün də strateji əhəmiyyət daşıdığının vurğulandığını deyən R.Novruzoğlu bildirib ki, ABŞ-ın iri şirkətləri 2015-2020-ci illərdə Dağlıq Qarabağda həyata keçirəcəyi layihələrlə bağlı proqramlar hazırlayıb. Politoloq qeyd edib ki, məktubda ATƏT-in Lissabon sammiti də xatırlanıb: "Belə ki, bu sammitdə ABŞ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunan qərarda bitərəf qalmışdı".

 

R.Novruzoğlu qeyd edib ki, ABŞ prezidentinə göndərilən məktubda qondarma "erməni soyqırımı"nın tanınması da istənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə