Və ya faşist babası olanın faşizm ideologiyasından çıxış etməsindən təəccüblənmək lazım deyil
Əslində, faşizm ideologiyası uzun illərdir ki, Ermənistanın dövlət siyasətinin prioritetini təşkil edir. İşğalçı ölkənin, eləcə də, erməni diasporunun maliyyə və təşkilati yardımı ilə dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda çoxsaylı insan tələfatı ilə nəticələnən belə terror aktları baş verib ki, bu da Ermənistanda mövcud olan faşizm ideologiyasının mövcudluğudur. Əbəs deyil ki, Ermənistanın rəhbərləri davamlı olaraq faşizm maraqlarından çıxış edənləri himayə edir. Xüsusilə, bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın babasının alman faşist legionunda SSRİ-yə qarşı döyüşərək ölməsi faktının üzə çıxması bu reallıqların davamı kimi anlaşılar bilər.
Ermənistan respublikasının dövlət gerbində də Hitler Almaniyasının rəmzlərinin mövcud olması heç də əbəs deyilmiş
O cümlədən, son illərdə Ermənistanın mərkəzində və digər bölgələrində faşist Almaniyasının SS birləşmələrinin generalları - “Njde” ləqəbli Qaregin Ter-Arutyunyan və “Dro” ləqəbli Drasmat Kanayanın heykəllərinin qoyulması da N.Paşinyanın və bütövlükdə Ermənistan dövlətinin faşizmə olan rəğbətin bariz nümunəsidir. Nikol Paşinyanın faşist ideologiyasına hüsn-rəğbətini gizlətməməsi, yaxud faşist babasını sovet döyüşçüsü kimi təqdim etməsi, lakin bu günlərdə onun almanların erməni legionunda xidməti haqqında faktların, sübut və dəlillərin sənəd olaraq ortaya çıxması bu millətin mayasının həqiqətən də qəddarlıqdan yoğrulmasından da xəbər verir. Bu gün Ermənistan respublikasının dövlət gerbində də Hitler Almaniyasının rəmzlərinin mövcud olması heç də əbəs deyilmiş...
O da əbəs deyil ki, 2019-cu il oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev işğalçı Ermənistanın faşist ideologiyasını dövlət siyasətinə çevirdiyini diqqətə çatdıraraq, bir daha dünyaya bəyan etmişdi. SİTAT: “Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib”.
Bunu yalnız biz deyil, elə Ermənistanda nəşr edilən “İrvanuk” qəzeti də yazır!
Görünən isə həm də budur ki, N.Paşinyan əvvəlki hakim sistemi hay-küylə devirsə də, onların faşizm ideologiyasını davam etdirir. Bu baxımdan, onun babasının da faşistlərə nökərçilik etməsi faktının dayanmasını göstərmək olar.
Həmçinin, fakt budur ki, N.Paşinyan Ermənistan paytaxtının mərkəzində faşist cəlladı və satqın Qaregin Njdeyə heykəl qoyulması faktını ört-basdır etməklə, faşist babasının da xatirəsini həmin heykəl vasitəsi ilə yad edir.
Ancaq fakt-faktlığında qalmaqdadır və artıq bunu isə yalnız biz biz deyil, elə Ermənistanda nəşr edilən “İrvanuk” qəzeti də yazır. Məhz bu reallıqdan çıxış edərək, növbəti hadisələrin N.Paşinyanın əksinə gedəcəyini düşünmək olar. Faşist babası olanın da faşizm ideologiyasından çıxış etməsindən isə təəccüblənmək lazım deyil. Onsuz da dünya yaxşı bilir və dərk edir ki, kim-kimdir...
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB