"Qətiyyətlə mübarizə aparılacaq və sərt cəza tədbirləri görüləcək" ÖZƏL-MÜNASİBƏT
"Məlum olduğu kimi, Azərbaycan hökuməti ilk gündən pandemiya ilə mübarizənin gücləndirilməsi məqsədilə adekvat və operativ qərarlar qəbul etdi. Prezident İlham Əliyev bir neçə mühüm sərəncam imzaladı. Həmçinin pandemiyanın ölkə iqtisadiyyatına və aztəminatlı əhaliyə təsirini minimallaşdırmaq üşün konkret tədbirlər planları hazırlandı". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.
Deputatın sözlərinə görə, inzibati tədbirlərlə yanaşı, könüllülük prinsipi əsasında da bir sıra aksiyalara başlanıldı: "Bu qərarlar sırasında xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri də aztəminatlı şəxslər üçün yardımların edilməsidir. Bu məqsədlə Heydər Əliyev Fondu və bir sıra digər təşkilatlar Bakıda və regionlarda müxtəlif yardım aksiyalarına başladılar. Burada əsas məqsəd karantin dövründə bu aztəminatlı insanlara yardım və dəstək olmaqdır. Nəticədə xeyli insan bu imkanlardan yararlana bildi. Təəssüf ki, bir sıra hallarda bəzi insanlar yardımları paylamaq əvəiznə mənimsəməyə üstünlük verdilər. Birmənalı olaraq bu məsələnin heç bir izahı yoxdur. Vicdansızlıq və insafsızlığın ən yüksək həddidir. Prezident İlham Əliyev ilk gündən “Biz birlikdə güclüyük” şüarını irəli sürərək hər kəsi bu təşəbbüsü dəstəkləməyə və aztəminatlı insanlara yardım etməyə çağırdı, bir çox təşkilatlar və cəmiyyətin böyük bir kəsimi prosesdə aktiv iştirak etdilər. Nəticədə çoxlu sayda aztəminatlı ölkə vətəndaşı bu yardımlardan bəhrələndi. Aztəminatlı ailələrə ayrılan yardımları mənimsəyən həmin insanlar sərt şəkildə cəzalandırıldılar və həbs olundular. Bu yanlış yolda olan digər insanlara da ciddi xəbərdarlıq olmalıdır. Bu kimi hallara qarşı çox qətiyyətlə mübarizə aparılacaq və sərt cəza tədbirləri görüləcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB