"İlham Əliyev çətin gündə həmrəy olmaq üçün dünyaya mesaj verdi" ÖZƏL-MÜNASİBƏT
Qoşulmama Hərəkatının sədri Cənab İlham Əliyevin təşəbbüsü ilə hərəkatın Təmas Qrupu formatında Zirvə görüşünün təşkili ölkə rəhbərimizin uzaqgörənliyinin bəşəriyyətin sağlamlığına, təhlükəsizliyinə qayğı və diqqətinin göstəricisidir. Bu sözləri SİA-ya müsahibəsində Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Komitə sədri vurğulayıb ki, ölkəmizin başçısı bu görüşlə beynəlxalq aləmdə tanınan və böyük nüduza malik bir siyasətçi, ölkə rəhbəri olduğunu bir daha sübut etdi.
“Bir müddət öncə Türkdilli dövlətlərlə bir araya gələn Cənab İlham Əliyev bu dəfə dünyanın 120 ölkəsini özündə birləşdirən Qoşulmama Hərəkatının üzvü olan dövlətləri koronavirus pandemiyasına qarşı birgə mübarizəyə cəlb etməklə çətin gündə birləşmək, həmrəy olmaq üçün dünyaya bir mesaj verdi. Prezidentimiz öz humanist təşəbbüsü, çağırışları ilə bəşəri ideyalar sahibliyini yalnız Azərbaycan xalqı üçün deyil, bəşəriyyət üçün düşündüyünü bir daha göstərdi. O, qorxunc xəstəliyin doğurduğu çətinliklərin aradan qaldırılması üçün 3,5 milyard manat vəsaitin ayrılmasını ölkə büdcəsinə ziyan vurmasına baxmayaraq vətəndaşlarımızın sağlamlığı, təhlükəsizliyi üçün bundan sonra da lazım olan bütün tədbirlərin görüləcəyini diqqətə çatdırdı və bir daha insanların təhlükəsizliyinin onun üçün ən vacib məsələ olduğunu bildiridi.
Bu günün reallıqları xəstəliklə əlaqədar bir çox ölkələrin ciddi çətinliklə qarşılaşması sübut edir ki, əgər ölkəmizin başçısı koronavirusa qarşı ölçü götürməsəydi, ilk gündən qabaqlayıcı tədbirlər görməsəydi, hökumətə, müvafiq orqanlara lazımi tapşırıqlar verilməsəydi itgilərimiz qat-qat artıq olar, çətin vəziyyətə düşə bilərdik. Ancaq prezident-xalq, xalq-prezident birliyi, həmrəyliyi qarşılaşdığımız fəlakətin qarşısını vaxtında ala bildi. Vətəndaşlarımız həmrəylik, birlik, qayda qanunlara hörmət nümayiş etdirdilər və əməlləri ilə ölkəmizin başçısını dəstəklədilər. Bu bütün dünya dövlətləri üçün bir örnək ola bilər və hərəkatın Zirvə toplantısında da Prezidentimiz xalqın birliyini, səxavətini diqqətə çatdırmaqla hər birimizi qürurlandırdı”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB