"Qlobal pandemiya dövründə dünya iqtisadiyyatı 3,4 trilyon dollar gəlirlərini itirmişdir. Dünya yeni bir böhranın ortasındadır. Belə bir çətin zamanda Azərbaycan pandemiyaya qarşı effektiv mübarizə aparmaqla yanaşı ölkədə həyata keçirdiyi dövlət dəstəyi proqramları dünya üçün nümunə olmuşdur". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü deputat Azər Badamov deyib.
Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü keçirilib və Zirvə görüşün mövzusu dünya üçün aktual koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunub:
"Azərbaycan hər zaman dünyada sülh və əmin amanlığın qorunmasında, dünyanın qarşılaşdığı problemlərinin aradan qaldırılmasında böyük töhfə verən ölkədir. Qeyd etmək istəyirəm ki, Azərbaycan dünya xəritəsində çox da böyük ölkə kimi görünməsə də dünyaya verdiyi töhfələrinə görə ən böyük və güclü ölkələri ilə bir sırada dayanır. Ərazisinin, əhalisinin, iqtisadiyyatının böyük olması şərt deyil, əsas şərt o ölkənin liderinin böyüklüyündədir. Təbii ki, bu Prezident İlham Əliyevdir.
COVID-19-a qarşı qlobal mübarizədə həmrəylik göstərən Azərbaycan ÜST-a 10 milyon dollar vəsait ianə etməklə ehtiyacı olan ölkələrə yardım edilməsində bir nümunə göstərdi. Global pandemiya dünya iqtisadiyyatı üçün problem yaratdığı bir zamanda cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan koronavirusa qarşı mübarizə tədbirləri, həm də pandemiyadan əziyyət çəkən sahələrə iqtisadi və sosial dəstək proqramları bir çox ölkələr üçün örnəkdir".
Azər Badamov əlavə edib ki, qlobal pandemiya dövründə dünyanın ən çox ehtiyac duyulduğu məsələ qlobal həmrəyliyin ortaya qoyulmasıdır:
"Təbii ki, İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmamaq Hərəkatına üzv ölkələrinin keçirdiyi online Zirvə görüşləri Azərbaycanın beynəlxalq həmrəyliyə bir töhfə hesab edirəm. Qlobal pandemiyaya qarşı mübarizədə dünyada təkbaşına qalib gəlmək mümkün deyil. Ona görə də qlobal səviyyədə eyni hədəf uğrunda mübarizənin aparılması vacibdir. Azərbaycan bu birgə mübarizənin zirvəsində dayanır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB