"Ölkəmiz beynəlxalq koronovirus şəraitində yeni bir mərhələ açdı” ÖZƏL-ŞƏRH

"Ölkəmiz beynəlxalq koronovirus şəraitində yeni bir mərhələ açdı” ÖZƏL-ŞƏRH

"Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü sözsüz ki, öz məzmununa və doğuracağı nəticələrə görə beynəlxalq əhəmiyyətlidir. Azərbaycan bir daha sübut etdi ki, beynəlxalq sülhə və təhlükəsizliyə başqa bir sıra dövlətlərdən fərqli və üstün olaraq ardıcıl şəkildə töhfələr vermək fikrindədir. Bizim ölkəmizin bəşəri sağlamlığı üçün özündən asılı olan bütün addımları atmağa hazır olduğunu bir daha nümayiş etdirdi". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, dünyanın bir sıra ölkələri indiki şəraitdə yalnız koronovirusun ölkə içində tüğyan etməsinin qarşının alınması üçün səfərbər olunduğu halda Azərbaycan bununla kifayətlənmir: "Ölkə daxilində koronovirusla mübarizədə böyük nəticələr əldə etməklə bərabər eyni zamanda dünya miqyasında da bu istiqamətdə səmərəli addımlar atmaq, dünya dövlətlərinin səylərini koronovirusa qarşı mübarizə üçün daha sıx səfərbərliyə almaqda lazım olan addımları atır. Fikrimcə Azərbaycanın təşəbbüsü ilə keçirilən bu konfrans dünya miqyasında rezonans doğuran hadisəyə çevrildi. Koronovirusla mübarizə şəraitində dünya dövlətlərinin inteqrasiya prosesinə öz əməli töhfəsini verdi. Biz bilirik ki, Azərbaycan bundan qabaq türk dövlətlərinin də eynilə bu cür Zirvə görüşünün təşkilatçılığını etmişdi. Bununla ölkəmiz sübut edir ki, qlobal məsələlərlə bağlı dünya konfranslarının təşkil olunmasında və keçirilməsində çox böyük təcrübə və iradə sahibidir. Ölkəmizin başçısının bu konfransda verdiyi təkliflər sözsüz ki, qəbul ediləcək və koronovirusla mübarizəyə öz töhfələrini verəcək.

Məsələn, Qoşulmama Hərəkatı çərçivəsində koronovirusla mübarizə üçün mərkəzi məlumat bazasının yaradılması, eləcə də BMT çərçivəsində qlobal və ümumdünya koronovirusla mübarizə konfransının keçirilməsi təşəbbüsləri sözsüz ki, çox qiymətlidir, beynəlxalq münasibətlərdə sülh və təhlükəsizlik uğrunda mübarizədə yeni platformaların başlanğıcı kimi qəbul oluna bilər. Azərbaycan öz nailiyyətlərinin əldə etdiyi modelin dünya ölkələrində, o cümlədən Qoşulmama Hərəkatına üzv olmayan ölkələrdə tətbiq olunması üçün əlindən gələni etməyə hazır olduğunu da bəyan etdi ki, düşünürəm ki, bu da əhəmiyyətlidir. Qəbul olunmuş Bəyannamənin 12-ci Maddəsi xüsusilə dəyərlidir. Çünki burada Azərbaycan Qoşulmama Hərəkatına üzv olmayan ölkələrin bəzilərinə qarşı ədalətsiz və bitərəfli qəbul edilmiş həm də məcburi qaydada həyata keçirilməsinə cəhd olunan bir sıra addımların və hərəkətlərin ümumi şəkildə pislənməsinə nail oldu. Düşünürəm ki, bu ölkəmizin beynəlxalq hüquq və ədalət prinsiplərinin tətbiqində nə qədər ardıcıl və prinsipial mövqe tutduğunu bir daha nümayiş etdirdi. Bir sözlə, ölkəmiz beynəlxalq koronovirus şəraitində və beynəlxalq inteqrasiya proseslərində yeni bir mərhələ açdı”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə