Deputat məmurların qanunsuz əməllərindən və cəzalardan DANIŞDI

Deputat məmurların qanunsuz əməllərindən və cəzalardan DANIŞDI

“Azərbaycan 30 ildən çoxdur ki, müharibə şəraitində yaşayır. Bir gün Prezident hərbi yolla torpaqlarımızın azad edilməsi qərarını verərsə, dövlətin və xalqın əmlakını mənimsəyənlərin əməllərinə son qoyacağına zəmanət varmı? Son 2 ay sübut etdi ki, yoxdur”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, ona görə də istər icra başçılarının, istərsə də başqa bir vəzifə adamının qanunsuz əməllərinə yalnız korrupsiya hüquqpozmaları çərçivəsində deyil, eyni zamanda xalqın hərbi təhlükəsizliyinə vurulan zərbə kimi, “müharibə dövrünün qanunları” əsasında qiymət verməliyik: “Burada kimsə səhra məhkəmələrinin yaradılmasını təklif etmir. Halbuki 75 illiyi qarşısında olduğumuz 2-ci dünya müharibəsində diversantlara, oğrulara və xalqa xəyanət edənlərə məhz “müharibə dövrünün qanunları” əsasında qiymət verilməsi hesabına qələbə qazanılmışdı".

Z.Oruc qeyd edib ki, bizdə “Hərbi və fövqəladə vəziyyət rejimi haqqında” qanunlar olsa da, karantin vəziyyəti cinayət qanunvericiliyində əksini tapmayıb”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə