"Dövlət qurumları ictimai şuraların yaradılmasında maraqlı olmalıdır" Azay Quliyev

"Dövlət qurumları ictimai şuraların yaradılmasında maraqlı olmalıdır" Azay Quliyev

“Bu gün ictimai nəzarət və onun tətbiqi ən aktual məsələlərdən biridir. Ölkə başçısı Milli Məclisin ilk iclasında etdiyi çıxışda da ictimai nəzarətin önəmindən bəhs edib. Lakin biz bu gün bu nəzarətin kifayət qədər yüksək səviyyədə həyata keçirilməsindən danışa bilmirik”. SİA-nın məlumatına görə bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkili Azay Quliyev deyib.

O bildirib ki, ictimai şuralar yaradılmalıdır: “33 mərkəzi icra hakimiyyəti orqanının yalnız 11-də belə qurum yaradılıb. Yerli icra hakimiyyəti orqanlarında isə vəziyyət ürəkaçan deyil. Burada vətəndaşlar, ayrı-ayrı qurumlar dediyim qurumların fəaliyyətinə açıq şəkildə nəzarət həyata keçirilə bilər».

A.Quliyev qeyd edib ki, bu gün aidiyyəti dövlət qurumları bu şuraların yaradılmasında maraqlı olmalıdır: “Bəziləri bu şuraları yaratsa da, bu, formal xarakter daşıyır. Qurumdan qrant alan ictimai şuralar həmin qurumdan asılı vəziyyətdə olacaqlar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə