"Koronavirusa qarşı mübarizədə Azərbaycan dünyaya örnəkdir” ÖZƏL-MÜNASİBƏT
“Qoşulmama Hərəkatının sədri kimi cənab Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü bir daha göstərdi ki, koronovirus pandemiyasına qarşı mübarizədə Azərbaycan dünyaya örnək verən bölgədir”. Bunu SİA-ya millət vəkili Musa Qasımlı deyib.

Deputatın sözlərinə görə, müasir dünya siyasətində Qoşulmama Hərakatı müstəsna rol oynayır. Onun sözlərinə görə, 60-cı illərin əvvəllərində əsası qoyulan bu hərakat soyuq müharibə illərində, iki blok arasında gedən mübarizədə bir növ ortaq mövqe tuturdu: "Qoşulmama Hərakatının iştirakçısı olan ölkələr, dünya ərazisinin bəlli bir hissəsini təşkil edirlər. Dünya iqtisadiyyatında onların özünəməxsus payı var. Həmin dövlətlər dünya siyasətində bu və ya digər məsələlərin həllində öz mövqelərini ortaya qoyurlar. Qoşulmama Hərakatına üzv olan ölkələrin Azərbaycan ilə, münasibətlərinin inkişafı ölkə başçısının adı ilə bağlıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB