“Hazırda Ali Məhkəmədə 41 hakim ştatı mövcuddur”. SİA-nın xəbərinə görə, bunu Milli Məclis (MM) plenar iclasında MM Sədrinin I müavini, parlament Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
O bildirib ki, hazırda Ali Məhkəmədə 9 hakim statı boşdur: “Ölkəmizdə qısa müddət ərzində 12 yeni məhkəmə yaradılıb, kommersiya məhkəmələri bu ildən fəaliyyətə başlayıb. Hakimlərin seçilməsi prosesi davamlı xarakter alıb, fasiləsiz seçim prosedurları yaradılıb".
Ə. Hüseynli bildirib ki, Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev, Bakı Apelyasiya Məhkəməsinin hakimi İlham Əhmədov, Şirvan Apelyasiya Məhkəməsinin hakimi Fehruz Abbasov və Şəki Apelyasiya Məhkəməsinin hakimi Mübariz Hüseynov öz ərizəsi ilə vəzifələrindən azad olunublar: “Bu gün bizim qəbul etdiyimiz qərar onların vəzifələrindən azad olunmaları ilə bağlıdır. Ümumilikdə hakim korpusuna yeni təyinatların aparılan islahatlara müsbət təsir göstərəcəyini düşünürəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB