“Məlumat aldıq ki, ermənilər indi də Hindistanın məşhur dövlət və siyasi xadimi Mahatma Qandiyə heykəl ucaltmağa hazırlaşırlar. Burada təəccüblü nədir? Bir neçə il əvvəl İrəvanda hitlerçi cəllad Qaregin Nijdeyə də 6 metrlik abidə qoyublar. Mahatma Qandi isə dünya tarixində dinc siyasi mübarizə nəzəriyyəsinin banilərindən biridir və onun əliyalın, silahsız mübarizə üsulları nəticəsində hind xalqı 1948-ci ildə ingilis müstəmləkəsindən müstəqil dövlətə çevrildi. Diametral bir-birinə əks iki şəxsə eyni dərəcədə ehtiram hansı məntiqə sığır, ümumiyyətlə, burada məntiq varmı?”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.
Politoloqun sözlərinə görə, Ermənistanın Hindistana yaxınlaşmaq cəhdləri məlum məsələdir və bunu Azərbaycanla dost Pakistanın acığına, eyni zamanda Hindistanla strateji müttəfiq Rusiyaya xoş gəlmək üçün etdiyi şübhəsizdir: “Ancaq burada geosiyasi faktorlardan kənar şeylər də var. Məsələn, 5-6-cı əsrlərdə Çinlilərlə Hindlilərin mübarizəsində hindlilərə xəyanət etdikləri üçün ermənilərin hindistandan qovulduqları barədə tarixdə fakt var. Daşnak Şaumyanın 1918-ci ildə Ağcaqumda güllələnmədiyi, gizlicə Hindistana qaçırıldığı, sonralar Hindistanda öldüyü və basdırıldığı, Bakıda 26 yox, 25 komissarın dəfn edildiyi barədə çoxdan söz-söhbətlər dolaşır”.
A.Quliyev vurğulayıb ki, 2017-ci ildə Ermənistanın prezidenti Serj Sarkisyan Hindistanda təəccüblü bəyanat verdi: “Dedi ki, erməni və hind xalqlarını dərin mənəvi-tarixi köklər bağlayır. Hansı köklərdən bəhs edildiyi indiyədək məlum deyil. Elə həmin vaxt erməni mediası hətta yazdı ki, Hindistandakı məşhur Tac Mahal kompleksini guya erməni memar tikib. Belədirsə, həmin erməninin ad-soyadı niyə deyilmir? Bütün hallarda ermənilərin Mahatma Qandini faşist Nijde ilə bir bucaqdan görməsinə Hindistanın necə baxacağı maraqlıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB